Icma.az
close
up
RU
Tramp Əliyev və Paşinyanla fotosunu niyə paylaşıb? Ermənistanda narahatlıq

Tramp Əliyev və Paşinyanla fotosunu niyə paylaşıb? Ermənistanda narahatlıq

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın növbəti dəfə “Truth Social”dakı hesabında Vaşinqtonda Prezident İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi tarixi görüşün fotosunu paylaşması Ermənistanda müzakirələrə səbəb olub.
Turkustan.az
xəbər verir ki, Tramp paylaşımında “Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək və eyni zamanda bu iki böyük lider və insanla, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq mənim üçün böyük şərəfdir. Bu, mənim üçün, amma daha önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq!” deyə qeyd edib.
Trampın məqsədi sülhün əldə edilməsində öz rolunu ön plana çıxarmaq kimi görünür, xüsusilə bunu London səfəri ərəfəsində etməsi diqqətçəkəndir. Lakin erməni ekspertlər Trampın paylaşımında fərqli mənalar axtarışına çıxıb.
Erməni politoloq Yervand Bozoyanın fikrincə, Trampın paylaşımı Rusiyanın regiondan kənarda qalması mesajını vermək məqsədi daşıyır.
Onun sözlərinə görə, bu prosesdə erməni cəmiyyətinin anlamadığı bir məsələ var: “Ermənistan cəmiyyəti “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı təklifin Paşinyan tərəfindən verildiyini başa düşmür. Eyni danışıqlar Bayden administrasiyası ilə də aparılırdı. Əvvəlki administrasiyanın üzvü Obraynın açıqlamalarında bu aydın şəkildə qeyd olunurdu. Azərbaycan bunu qəbul etmədi. Trampın dövründə isə Azərbaycanın istəklərinə uyğun variant üzrə razılaşma əldə edildi”.
Bozoyan qeyd edib ki, Tramp üçün Cənubi Qafqaz üçüncü, yaxud dördüncü məsələdir.
“Vaşinqton razılaşmalarında ABŞ-ın rolu müşahidəçi statusuna daha çox yaxındır. Paşinyanın məqsədi isə Zəngəzur dəhlizini verməkdir. Əslində bu ad altında əraziləri də təhvil verəcək”, - erməni politoloq iddia edib./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri