Icma.az
close
up
RU
Tramp əmindir ki, Kral III Çarlz İranda müharibəni dəstəkləyəcək

Tramp əmindir ki, Kral III Çarlz İranda müharibəni dəstəkləyəcək

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 2 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzın İrana qarşı müharibədə onu dəstəkləyəcəyinə əminliyini bildirib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Tramp “The Daily Telegraph” qəzetinə müsahibəsində kral haqqında müsbət fikirlər səsləndirib: “Mən onu bəyənirəm. Hətta şahzadə olanda belə, onu həmişə bəyənmişəm. O, yaxşı insandır, ölkənizin əla nümayəndəsidir”.

ABŞ lideri əlavə edib ki, III Çarlzın İrandakı vəziyyətlə bağlı mövqeyi fərqli olardı: “Düşünürəm ki, o, bu məsələdə çox fərqli mövqe tutardı. O, birinci dərəcəli bəydir”.

Nəşr Trampın bu açıqlamalarını ABŞ-ın İrana mümkün zərbələrini dəstəkləməkdən imtina edən Böyük Britaniyanın Baş naziri Kir Starmerə dolayı tənqid kimi qiymətləndirib. Bildirilir ki, digər NATO üzvləri də oxşar mövqe nümayiş etdiriblər. Tramp isə həmin müsahibədə alyansı tərk etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

ABŞ Prezidenti III Çarlzı “dostum” adlandıraraq qeyd edib ki, monarxla münasibətləri London və Vaşinqton arasında münasibətlərin hazırkı gərginliyi ilə bağlı deyil. “Kral Çarlzla əla münasibətlərim var, onu uzun müddətdir tanıyıram. Açığı, o, böyük və cəsur bir insandır”, – deyə Tramp vurğulayıb.

Bu arada Bukinqem Sarayı Kral III Çarlz və həyat yoldaşı Kraliça Kamillanın aprelin sonunda ABŞ-a dövlət səfərini təsdiqləyib. Səfər ABŞ Prezidentinin dəvəti və Britaniya hökumətinin tövsiyəsi əsasında həyata keçiriləcək. Səfər çərçivəsində monarxın ABŞ Konqresində çıxış etməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 03:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri