Kral III Çarlz nə yeyir? Açıqlandı
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Britaniya kralı III Çarlzın keçmiş aşpazı Qrant Harrold monarxın adətən nə yediyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, III Çarlz səhər yeməyini çox sevir. O, gününə təzə çörək, müsli, tərəvəz və çayla başlayır.
Kralın gündəlik rasionuna quşqonmaz və qaymaqlı sousla hazırlanmış yumurtadan ibarət klassik “Egg Argenteuil” fransız yeməyi daxildir.
O, yumurtalarını dörd dəqiqə qaynatmağı sevir.
Monarx adətən nahardan imtina edir və avokado ilə qəlyanaltı edir.
Şam yeməyində III Çarlz göbələk yeməklərinə üstünlük verir. Keçmiş aşpazı Darren MakQredinin sözlərinə görə, o, quzu kotleti ilə rizottonu sevir.
77 yaşlı kralın digər sevimli yeməyi isə qırqovul piroqudur.
Bildirilir ki, kral müxtəlif növ qidalarla qidalanır, ancaq zəhərlənməkdən qorxduğu üçün dəniz məhsullarından uzaq durur.
Baxış sayı:116
Bu xəbər 12 Fevral 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















