Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Tramp erməniləri Qarabağa qaytarmaq vədi ilə bağlı real iş görəcəkmi?

Tramp erməniləri Qarabağa qaytarmaq vədi ilə bağlı real iş görəcəkmi?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“O və komandası da dərs almalıdırlar ki, Azərbaycanla heç kəs diqtə ilə danışa bilməz. Əgər doğrudan da regionda dərin təsir imkanlarına malik olmaq istəyirlərsə, Azərbaycanla hesablaşmalı, onun mövqeyini qəbul etməlidirlər. Məsələ belədir. Və hesab edirəm ki, Tramp özü bu reallığı başa düşəcək və ona uyğun hərəkət edəcək...” 
“...Ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki...”
Məlum olduğu kimi, ikinci dəfə ABŞ prezidenti seçilmiş Donald Tramp seçkiqabağı sosial şəbəkə paylaşımlarında Azərbaycanı faktiki Qarabağda etnik təmizləmədə suçlayırdı və deyirdi ki, mən Azərbaycanla Ermənistan arasında sülh sazişi bağladacam, amma ermənilərin Qarabağa qaytarılmasına da nail olacam... Görəsən, bu, sadəcə, seçkiqabağı bir təbliğat tezisi idi, yoxsa, 2025-ci ilin yanvarından fəaliyyətə başlayacaq yeni Amerika prezidentinin, doğrudan da, reallıqda ermənilərin Qarabağa qaytarılması üçün hansısa vasitələrlə Azərbaycana təzyiq etməsi mümkündür?
AZVP sədri Akif Nağı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib:
“Ermənilərin Qarabağa qaytarılmasıyla bağlı proses gedir. Azərbaycan əvvəldən də bildirib ki, biz erməniləri öz torpaqlarımızdan məcburi şəkildə çıxarmamışıq. Və Azərbaycanın şərtləri daxilində, Azərbaycan qanunlarını, ölkə vətəndaşlığını qəbul etməklə indi də geri qayıda bilərlər. Azərbaycanın mövqeyi bundan ibarətdir. Bilirsiz ki, 2020-ci ilin 44 günlük savaşından sonra ABŞ çox fəal şəkildə Qarabağda qalan ermənilər üçün xüsusi bir status tələb edirdi. Rəsmi Bakı heç o dövrdə də belə fikirləri nəzərə almadı. İndən belə isə ermənilər, dediyim kimi, Azərbaycanın qanunları, şərtləri çərçivəsində Qarabağa qayıda bilərlər. Onlar isə bunu istəmir, özləri üçün xüsusi bir status arzusundadırlar. Və mən hesab edirəm ki, mövcud reallıqda ermənilərin geri qayıtması qeyri-mümkündür.  Amerika da, Rusiya da bunu yaxşı başa düşür.  Bununla belə, həm Vaşinqton, həm də Moskva regionda güclənmək və ya buraya gəlmək, həmçinin ərazilərindəki erməni diasporu və ya lobbisi ilə münasibətləri nizamlamaq məqsədi ilə hərdən ermənilərin Qarabağa qaytarılması məsələsini gündəmə gətirməyə çalışırlar. Lakin yenə də hər iki dövlət rəsmi Bakının mövqeyini bilir. Həm də gerçəkiyi də dərk edirlər ki, ermənilər Azərbaycanın şərtlərini yerinə yetirərək Qarabağa qayıtmaq iqtidarında deyil.  Artıq Qarabağdan köçmüş ermənilər Ermənistandan da xaricə köçməkdə və müxtəlif ölkələrdə vətəndaşlıq, oturum almaqdadırlar. Paşinyan hökuməti də onları Ermənistan vətəndaşlığını qəbul edərək ölkədə qalmağa həvəsləndirir...
Digər tərəfdən, ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki, mütəmadi bu mövzuda müxtəlif bəyanatlar versinlər, 27 sentyabr, 19-20 sentyabr tarixlərində ermənilərin vasitəsilə ölkəmizə qarşı müxtəlif yerlərdə tədbirlər, etiraz aksiyaları keçirsinlər. Və s. Bir sözlə, böyük dövlətlər, qlobal güclər üçün ermənilər, “erməni məsələsi” daha çox bu mənada maraqlıdır... 
Ermənilərin də, təəssüf ki, ağılları tam yerinə gəlməyibdir.  Qlobal güclər 100 ildən çox onlardan-  Türkiyəyə qarşı qondarma “1915-ci il soyqırımı”ndan istifadə etdilər. Və həmin prosesin Ermənistan və ümumiyyətlə, erməni toplumu üçün heç bir faydası da olmadı. Əksinə, zaman-zaman ayrı-ayrı iri dövlətlər Türkiyəni zəiflətmək üçün müxtəlif terrorçu erməni qruplaşmalarından istifadə etməklə ermənilərin, Ermənistanın özünü Qarabağ məsələsində Azərbaycana münasibətdə olduğu kimi, qonşularıyla üzbəüz qoyaraq dünyadan təcrid elədi və həm siyasi, həm də iqtisadi cəhətdən tam asılı duruma saldı. İndi də, çox güman ki, Qarabağdan köçmüş ermənilərdən, dediyimiz kimi, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər...
Ermənilər geri qayıtdıqları halda isə artıq Azərbaycan dövlətinin nəzarəti altında olmalı, onun qanunları çəriçəvisində davranmalıdırlar.  Bu da nə Qərbə, nə də Rusiyaya sərf edir. Çünki o halda erməniləri bir alət kimi itirirlər... 
Vurğuladığımız mənalarda Trampın  erməniləri Qarabağa qaytarmaq vədi də real görünmür. İndi, gözləyək, hakimiyyətə gəlsin, görək real siyasəti nədən ibarət olacaq. Hələ özü və komandası keçmiş prezidentlik dövrünü ciddi təhlil etməlidirlər ki, hansı səhvləri nəticəsindən onlar 2020-ci ildə ikinci dəfə hakimiyyətə gələ bilmədilər. Görünür, bunun bir səbəbi də Trampın söz verib yerinə yetirə bilmədiyi qeyri-real vədləri, emosional çıxışları, qeyri-adekvat davranış və addımları olub. Bunlar üzərində düşünməli və beynəlxalq siyasətlərində, o cümlədən Cənubi Qafqaz, Azərbaycan və Ermənistanla bağlı siyasətlərində də ciddi dəyişiklik etməlidirlər. Eyni zamanda gözləri qabağında Bayden administrasiyasının da yanlış siyasət yeritdiyini, açıq ermənipəst mövqe tutmasını da nəzərə almalıdırlar. Dərk etməlidirlər ki, Bayden hökuməti bu yanlış siyasətinin bədəlini ödədi. Azərbaycana heç nə edə bilmədilər və o, geri çəkilmədi. Bu baxımdan Tramp və komandası da dərs almalıdırlar ki, Azərbaycanla heç kəs diqtə ilə danışa bilməz. Əgər doğrudan da regionda dərin təsir imkanlarına malik olmaq istəyirlərsə, Azərbaycanla hesablaşmalı, onun mövqeyini qəbul etməlidirlər. Məsələ belədir. Və hesab edirəm ki, Tramp özü bu reallığı başa düşəcək və ona uyğun hərəkət edəcək”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see336

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see281

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see279

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see277

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see273

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see267

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see259

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see257

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see246

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see242

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see239

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see235

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see222

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see219

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see217

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see211

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see210

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri