Icma.az
close
up
RU
Tramp erməniləri Qarabağa qaytarmaq vədi ilə bağlı real iş görəcəkmi?.. Akif Nağı...

Tramp erməniləri Qarabağa qaytarmaq vədi ilə bağlı real iş görəcəkmi?.. Akif Nağı...

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“O və komandası da dərs almalıdırlar ki, Azərbaycanla heç kəs diqtə ilə danışa bilməz. Əgər doğrudan da regionda dərin təsir imkanlarına malik olmaq istəyirlərsə, Azərbaycanla hesablaşmalı, onun mövqeyini qəbul etməlidirlər. Məsələ belədir. Və hesab edirəm ki, Tramp özü bu reallığı başa düşəcək və ona uyğun hərəkət edəcək...” 

“...Ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki...”

Məlum olduğu kimi, ikinci dəfə ABŞ prezidenti seçilmiş Donald Tramp seçkiqabağı sosial şəbəkə paylaşımlarında Azərbaycanı faktiki Qarabağda etnik təmizləmədə suçlayırdı və deyirdi ki, mən Azərbaycanla Ermənistan arasında sülh sazişi bağladacam, amma ermənilərin Qarabağa qaytarılmasına da nail olacam... Görəsən, bu, sadəcə, seçkiqabağı bir təbliğat tezisi idi, yoxsa, 2025-ci ilin yanvarından fəaliyyətə başlayacaq yeni Amerika prezidentinin, doğrudan da, reallıqda ermənilərin Qarabağa qaytarılması üçün hansısa vasitələrlə Azərbaycana təzyiq etməsi mümkündür?

AZVP sədri Akif Nağı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini belə ifadə edib:

“Ermənilərin Qarabağa qaytarılmasıyla bağlı proses gedir. Azərbaycan əvvəldən də bildirib ki, biz erməniləri öz torpaqlarımızdan məcburi şəkildə çıxarmamışıq. Və Azərbaycanın şərtləri daxilində, Azərbaycan qanunlarını, ölkə vətəndaşlığını qəbul etməklə indi də geri qayıda bilərlər. Azərbaycanın mövqeyi bundan ibarətdir. Bilirsiz ki, 2020-ci ilin 44 günlük savaşından sonra ABŞ çox fəal şəkildə Qarabağda qalan ermənilər üçün xüsusi bir status tələb edirdi. Rəsmi Bakı heç o dövrdə də belə fikirləri nəzərə almadı. İndən belə isə ermənilər, dediyim kimi, Azərbaycanın qanunları, şərtləri çərçivəsində Qarabağa qayıda bilərlər. Onlar isə bunu istəmir, özləri üçün xüsusi bir status arzusundadırlar. Və mən hesab edirəm ki, mövcud reallıqda ermənilərin geri qayıtması qeyri-mümkündür.  Amerika da, Rusiya da bunu yaxşı başa düşür.  Bununla belə, həm Vaşinqton, həm də Moskva regionda güclənmək və ya buraya gəlmək, həmçinin ərazilərindəki erməni diasporu və ya lobbisi ilə münasibətləri nizamlamaq məqsədi ilə hərdən ermənilərin Qarabağa qaytarılması məsələsini gündəmə gətirməyə çalışırlar. Lakin yenə də hər iki dövlət rəsmi Bakının mövqeyini bilir. Həm də gerçəkiyi də dərk edirlər ki, ermənilər Azərbaycanın şərtlərini yerinə yetirərək Qarabağa qayıtmaq iqtidarında deyil.  Artıq Qarabağdan köçmüş ermənilər Ermənistandan da xaricə köçməkdə və müxtəlif ölkələrdə vətəndaşlıq, oturum almaqdadırlar. Paşinyan hökuməti də onları Ermənistan vətəndaşlığını qəbul edərək ölkədə qalmağa həvəsləndirir...

Digər tərəfdən, ermənilərin Qarabağa qaytarılmasının Birləşmiş Ştatlar və Rusiyanın, heç Fransanın da marağında olmaması da mümkündür. O mənada ki, Qarabağdan ermənilərin çıxarılmasını “etnik təmizləmə” kimi təqdim etməklə məqamı gəldikcə Azərbaycana siyasi və s. təzyiqlər göstərmək hər üç ölkə üçün sərfəlidir. Onlara sərfəlidir ki, mütəmadi bu mövzuda müxtəlif bəyanatlar versinlər, 27 sentyabr, 19-20 sentyabr tarixlərində ermənilərin vasitəsilə ölkəmizə qarşı müxtəlif yerlərdə tədbirlər, etiraz aksiyaları keçirsinlər. Və s. Bir sözlə, böyük dövlətlər, qlobal güclər üçün ermənilər, “erməni məsələsi” daha çox bu mənada maraqlıdır... 

Ermənilərin də, təəssüf ki, ağılları tam yerinə gəlməyibdir.  Qlobal güclər 100 ildən çox onlardan-  Türkiyəyə qarşı qondarma “1915-ci il soyqırımı”ndan istifadə etdilər. Və həmin prosesin Ermənistan və ümumiyyətlə, erməni toplumu üçün heç bir faydası da olmadı. Əksinə, zaman-zaman ayrı-ayrı iri dövlətlər Türkiyəni zəiflətmək üçün müxtəlif terrorçu erməni qruplaşmalarından istifadə etməklə ermənilərin, Ermənistanın özünü Qarabağ məsələsində Azərbaycana münasibətdə olduğu kimi, qonşularıyla üzbəüz qoyaraq dünyadan təcrid elədi və həm siyasi, həm də iqtisadi cəhətdən tam asılı duruma saldı. İndi də, çox güman ki, Qarabağdan köçmüş ermənilərdən, dediyimiz kimi, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər...

Ermənilər geri qayıtdıqları halda isə artıq Azərbaycan dövlətinin nəzarəti altında olmalı, onun qanunları çəriçəvisində davranmalıdırlar.  Bu da nə Qərbə, nə də Rusiyaya sərf edir. Çünki o halda erməniləri bir alət kimi itirirlər... 

Vurğuladığımız mənalarda Trampın  erməniləri Qarabağa qaytarmaq vədi də real görünmür. İndi, gözləyək, hakimiyyətə gəlsin, görək real siyasəti nədən ibarət olacaq. Hələ özü və komandası keçmiş prezidentlik dövrünü ciddi təhlil etməlidirlər ki, hansı səhvləri nəticəsindən onlar 2020-ci ildə ikinci dəfə hakimiyyətə gələ bilmədilər. Görünür, bunun bir səbəbi də Trampın söz verib yerinə yetirə bilmədiyi qeyri-real vədləri, emosional çıxışları, qeyri-adekvat davranış və addımları olub. Bunlar üzərində düşünməli və beynəlxalq siyasətlərində, o cümlədən Cənubi Qafqaz, Azərbaycan və Ermənistanla bağlı siyasətlərində də ciddi dəyişiklik etməlidirlər. Eyni zamanda gözləri qabağında Bayden administrasiyasının da yanlış siyasət yeritdiyini, açıq ermənipəst mövqe tutmasını da nəzərə almalıdırlar. Dərk etməlidirlər ki, Bayden hökuməti bu yanlış siyasətinin bədəlini ödədi. Azərbaycana heç nə edə bilmədilər və o, geri çəkilmədi. Bu baxımdan Tramp və komandası da dərs almalıdırlar ki, Azərbaycanla heç kəs diqtə ilə danışa bilməz. Əgər doğrudan da regionda dərin təsir imkanlarına malik olmaq istəyirlərsə, Azərbaycanla hesablaşmalı, onun mövqeyini qəbul etməlidirlər. Məsələ belədir. Və hesab edirəm ki, Tramp özü bu reallığı başa düşəcək və ona uyğun hərəkət edəcək” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri