Icma.az
close
up
RU
Tramp ƏSƏBİLƏŞDİ: “Putin dəli olub, Zelenski isə…” KONKRET

Tramp ƏSƏBİLƏŞDİ: “Putin dəli olub, Zelenski isə…” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı son hücumlarını sərt şəkildə tənqid edib. Tramp Putinin “tamamilə dəli olduğunu” bildirib və onu gərəksiz yerə çoxlu sayda insanı öldürməkdə ittiham edib.

KONKRET.az xəbər verir ki, Tramp bu fikirləri “Truth Social” platformasındakı paylaşımında qeyd edib.

O, Rusiya ordusunun Ukraynaya raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi son hücumlara münasibət bildirərək, “Putinlə uzun müddətdir yaxşı münasibətlərim olub. Amma başına bir şey gəldi, o, tamamilə dəli olub. Gərəksiz yerə bir çox insanı öldürür”,- deyə vurğulayıb.

Prezident bildirib ki, Putin “təsadüfən” hücum etdiyini iddia etsə də, onun məqsədinin Ukraynanın bir hissəsi deyil, bütün ölkəni ələ keçirmək olduğunu düşünür. “Əgər bunu etsə, bu, Rusiyanın dağılmasına səbəb ola bilər”, -Tramp qeyd edib.

Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini də tənqid edərək bildirib ki, “Zelenski bu cür danışmaqla ölkəsinə xeyir vermir. Onun ağzından çıxan hər şey problem yaradır. O, bunu dayandırsa yaxşı olar”.

Tramp həmçinin əlavə edib ki, onun prezidentliyi dövründə Rusiya-Ukrayna müharibəsi başlamazdı: “Bu müharibə Zelenski, Putin və (ABŞ-ın keçmiş prezidenti Co) Baydenin müharibəsidir. Mən sadəcə olaraq bacarıqsızlıq və nifrətlə başlayan bu böyük və çirkin yanğınları söndürməyə kömək edirəm”.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiya ordusunun son hücumları nəticəsində 12 nəfər həlak olub, 60-dan çox insan yaralanıb. Onun sözlərinə görə, hücumlarda raketlər və 300-ə yaxın pilotsuz uçuş aparatı istifadə edilib.

Ukrayna prezidenti Vladimir Zelenski yazılı açıqlamasında Rusiya ordusunun ölkəyə təxminən 70 raket və yüzlərlə PUA ilə hücum etdiyini bildirib. O, bir daha Qərb müttəfiqlərini Rusiyaya qarşı daha ciddi təzyiqlər göstərməyə çağırıb:

“Amerikanın səssizliyi, dünyada başqalarının səssizliyi yalnız Putini cəsarətləndirir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri