Icma.az
close
up
RU
Tramp gəldi: Zəngəzur dəhlizinin taleyi necə olacaq?

Tramp gəldi: Zəngəzur dəhlizinin taleyi necə olacaq?

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycan Donald Trampın ABŞ prezidenti olduğu dönəmdə ərazi bütövlüyünü təmin etdi. Tramp administrasiyası Azərbaycana mane olmadı. Doğrudur, Azərbaycanın ərazi bütövlüyünü təmininə yönələn hərbi əməliyyatına praktik baxımdan mane olmaq mümkün deyildi. Buna baxmayaraq, Ağ Ev təzyiq alətlərindən birinə əl ata bilərdi. Bu baş vermədi.

Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Trampın növbəti prezidentlik dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı yüksək olacaq:

“Co Baydenin Ağ Evi tərk etməsinə iki aydan bir az artıq vaxt qalıb. Ona görə sülh sazişinin onun prezidentlik dönəmində imzalanmasının mənası yoxdur. Bakı və İrəvan Trampla yaxşı münasibətlər naminə sülh sazişinin imzalanmasını 2025-ci il yanvarın 20-dən, yəni Vaşinqtonda andiçmə mərasimidən sonraya saxlaya bilərlər. Belə olarsa, Tramp Azərbaycanla Ermənistan arasında imzalanması ehtimalı yüksək olan sülh sazişini xarici siyasətinin ilk uğurlarından biri kimi təbliğ edəcək. Kreml də Donald Trampla yaxşı münasibətlərə ümid etdiyindən Azərbaycanla Ermənistan arasında imzalanma ehtimalı yüksək olan sülh sazişində Ağ Evin yeni sahibinin müəyyən paya sahiblənməsinə qarşı çıxmayacaq.

Eyni sözləri Orta dəhliz haqqında söyləmək çətindir. Co Bayden administrasiyası Orta və Zəngəzur dəhlizinə maraq göstərir və bu layihələrin reallaşmasını dəstəkləyirdi. Çünki bu dəhlizlər Rusiyadan yan keçir. Tramp administrasiyasının dəhliz məsələsində eyni siyasəti yürüdəcəyini söyləmək çətindir. Tramp seçkidə “ilk növbədə Amerika” şüarıyla qalib gəlib. Ağ Evin yeni sahibi bu şüara əsaslanaraq, ABŞ-la Avropa ölkələri arasında ticarət əlaqələrinin həcminin artmasına çalışacaq. Orta və Zəngəzur dəhlizi isə Çin mallarının Avropaya nəqlini nəzərdə tutur. Bu baxımdan yeni administrasiyanın Azərbaycandan keçən dəhlizlərə dəstək verəcəyini gözləmək çətindir. Azərbaycanın bu dəstəyə ehtiyacı yoxdur, yetər ki, əngəl yaratmasınlar. Vaşinqtonun dəhlizlərə marağının azalması İrəvanın işini çətinləşdirəcək. Çünki İrəvan Vaşinqtonun dəstəyinə arxalanaraq Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini neytrallaşdırmağa çalışırdı.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın dəhlizə nəzarət etməsini istəmirsə, bu məsələdə Azərbaycanla razılığa gəlməlidir. Donald Tramp siyasətdə biznes qaydalarına üstünlük verir, yəni o xərc tələb edən deyil, gəlir gətirməyə şərait yaradan dövlətlərlə əməkdaşlığa üstünlük verir. Ermənistan isə başdan ayağa xərcdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2024 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri