Tramp: Tezliklə Zəngəzur dəhlizinin təməli qoyulacaq
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp 7 iyun seççkilərində Ermənistanın baş naziri Nikola Paşinyana dəstək verəcəyini açıq şəkildə bəyan edib.
Ölkə.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabənda paylaşım edib.
Ermənistan baş nazirinin yürütdüyü siyasəti tərifləyən Tramp Paşinyanı "böyük dost və lider" adlandıraraq, onun ölkəsini "güclü, varlı və son dərəcə təhlükəsiz " etdiyini vurğulayıb .
"Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və rifahla bağlı baxışlarımı tam şəkildə bölüşür", - Tramp qeyd edib.
ABŞ dövlət katibi Marko Rubionun Ermənistana son səfərini xatırladan Tramp qeyd edib ki, həmin səfər zamanı hər iki ölkə üçün "əhəmiyyətli razılaşmalar üzrə mühüm irəliləyişlər əldə edilib" .
Tramp qeyd edib ki, ABŞ və Ermənistan tezliklə Cənubi Qafqazı "dəyişdirəcək" və Amerika enerji şirkətlərinin Orta Asiyadan ABŞ-a çıxışını təmin edəcək "Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu" (Zəngəzur dəhlizi) üçün təməl qoyacaqlar .
"Nikolun köməyi ilə ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı əvvəllər heç vaxt çatmadıqları yüksəkliklərə qaldıracağıq", -Tramp vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 28 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















