Icma.az
close
up
RU
“Tramp gələcəkdə bu müqavilədən imtina edə bilər”

“Tramp gələcəkdə bu müqavilədən imtina edə bilər”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ və Ermənistan arasında müqavilənin imzalanmasında əsas iki səbəb var. Bir səbəb ondan ibarətdir ki, Bayden administrasiyası hakimiyyəti tam olaraq Trampa verməmiş Ermənistanla bağlı sonuncu addımı atmağa çalışır. Çünki Paşinyanın ölkəni Avropa İttifaqına, Qərbə inteqrasiya etmək, Rusiyadan uzaqlaşmaq planları əsasən ABŞ-dəki demokratik hökumət və Fransadakı Makron hakimiyyəti tərəfindən dəstəklənir. Ona görə düşünürlər ki, Tramp bu məsələdə onların mövqeyi ilə razılaşmaz. Bunun üçün də hakimiyyəti təhvil verməmiş Ermənistanın təhlükəsizliyini təmin etməyə çalışırlar”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turab Rzayev söyləyib.

T.Rzayev əlavə edib ki, onlar təhlükəsizliyi təmin etmək üçün addımlar atırlar: “Paşinyanın Qərbə inteqrasiya etmək planını həyata keçirmək üçün Avropa İttifaqı ilə üzvlüyə namizədlik məsələsini həll edəcəklər. Bununla bağlı artıq Ermənistan fəaliyyətə başlayıb. Parlamentdə qanun layihəsi müzakirəyə çıxarılır. Eyni zamanda, da ABŞ Ermənistanla strateji əməkdaşlıq haqqında müqavilə imzalayır. Bununla da Tramp hakimiyyətə gəlməmiş Paşinyan hakimiyyətinin daha da güvəndə olmasına çalışırlar. İkinci məsələ ondan ibarətdir ki, düşünürlər ki, Trampın hakimiyyəti dövründə Ermənistan üçün daha çətin olacaq. Çünki ola bilər Tramp Rusiya ilə münasibətləri gərginləşdirmək istəməsin. Həmin dövrdə ABŞ-dən kifayət qədər dəstək gəlmədiyi təqdirdə artıq bu müqavilələrin Rusiyaya qarşı Ermənistanı qoruya biləcəyini düşünürlər”.

Politoloq ABŞ-də qanunların çox nadir hallarda ləğv olunduğunu, uzunmüddətli perspektivə hesablandığını, mövcud qanunları, atılan addımları dəyişdirməyin çox çətin olduğunu bildirib: “Bundan sonra böyük ehtimal Tramp da bu qaydaları pozmayacaq. Belə olan təqdirdə uzunmüddətli perspektivdə düşünürlər ki, Ermənistanı Rusiyaya qarşı müdafiə edəcəklər. Hətta ola bilsin Ermənistanın təhlükəsizliyini qorumaq üçün başqa addımlar da atılsın. Məhz bu minvalla Paşinyan həmişə çıxışlarında bildirir ki, Ermənistanın təhlükəsizlik qarantiyası var. Məsələnin başqa bir ssenarisi də ola bilər. Tramp Bayden administrasiyasının qərarlarını heçə sayır. Adətən fərqli siyasət yeridir. Biz artıq Ukrayna müharibəsi ilə bağlı bunun müəyyən elementlərini görürük. Həmçinin Avropa İttifaqı, NATO ilə münasibətlərdə də bunun şahidi oluruq. Eləcə də daxili və xarici siyasətdə, cinsi azlıqların və milli azlıqların, başqa propaqandanın, liberal feminist düşüncənin dəstəklənməyəcəyini görürük. Ola bilsin ki, Ermənistanla imzalanan bu müqavilə gələcəkdə gözlədiyi təsiri verməsin. Yəni gələcəkdə Tramp bu müqavilədən doğan şərtləri yerinə yetirməsin və ya müqavilədən imtina etsin. Ona görə də indiki məqamda tələsik şəkildə bu müqavilənin imzalanmasını Bayden administrasiyasının, Blinkenin buna niyə çalışdığını anlayıram”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri