Tramp gələn həftə İrana zərbə endirə bilər Associated Press
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vəziyyətlə tanış olan iki diplomatın sözlərinə görə, ABŞ rəsmiləri Yaxın Şərqin bir sıra ölkələrini və regiondakı müttəfiqlərini gələn həftə ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyi, eləcə də Tehranın cavab zərbələri endirə biləcəyi barədə xəbərdar ediblər.
Azpost.info bildirir ki, bu barədə Associated Press məlumat yayıb.
Diplomatlar vurğulayıblar ki, ABŞ Prezidenti Donald Tramp hələ İrana yeni zərbələr endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib. Bununla belə, o, noyabrın 3-də ABŞ-da keçiriləcək mühüm seçkilər başa çatdıqdan sonra yeni hərbi əməliyyatlara başlamaq barədə əmr vermək ehtimalını dəfələrlə nəzərdən keçirdiyini bildirib.
Diplomatların sözlərinə görə, ABŞ regional müttəfiqlərinə hərbi əməliyyatların yeni mərhələsinin bir neçə gün davam edə biləcəyi barədə xəbərdarlıq edib. Lakin region ölkələri daha uzunmüddətli münaqişəyə hazırlaşırlar.
ABŞ rəsmiləri müttəfiqlərini İranın mümkün cavab tədbirləri ilə əlaqədar ehtiyat tədbirləri görməyə də çağırıblar. Bildirilib ki, Tehranın cavab zərbələri enerji obyektlərini və digər mühüm infrastrukturu hədəfə ala bilər.
Post navigationPrevious: “Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 30 Oktyabr 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















