Tramp geri addım atdı: Obama ilə bağlı təhqiramiz videonu...
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp keçmiş Prezident Barak Obama və həyat yoldaşı Mişelin meymun kimi təsvir olunduğu videonu silib.
Publika.az xəbər verir ki, video artıq "Truth Social" səhifəsində mövcud deyil.
Xatırladaq ki, Tramp sosial mediada keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın meymun obrazında təqdim olunduğu video paylaşıb. Video "Aslan Kral" cizgi filmində yer alan "The Lion Sleeps Tonight" mahnısı ilə paylaşılıb. Ağ Ev rəhbəri buna görə sonra demokratların kəskin tənqidinə məruz qalıb. Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirmişdi ki, bu, Trampı cəngəllik kralı, Demokratları isə "Aslan Kral" filmindəki personajlar kimi təsvir edən internet memindən bir hissədir.
Baxış sayı:155
Bu xəbər 06 Fevral 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















