TRAMP İLHAM ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: Möhtəşəm məqamları səbirsizliklə gözləyirəm Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla...
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır.
Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram.
Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















