Tramp ilk xarici səfərini bu ölkəyə edəcək AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Yenidən ABŞ prezidenti seçilən Donald Tramp 2019-cu ildə baş verən yanğında ciddi ziyan görən tarixi Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün ilk xarici səfərini Fransaya edəcək.
"AzPolitika" xəbər verir ki, bu barədə Trampın özü sosial media hesabından paylaşım edib.
Tramp sosial media hesabından etdiyi paylaşımda bildirib:“5 il əvvəl dağıdıcı yanğından sonra bərpası tamamlanan möhtəşəm və tarixi Notr-Dam Katedralinin açılışında iştirak etmək üçün Parisə gedəcəyimi elan etməkdən şərəf duyuram. Prezident Emmanuel Makron Notr Damın əvvəlki möhtəşəmliyinə qovuşması üçün böyük iş görüb. Bu, hər kəs üçün çox xüsusi bir gün olacaq".
Qeyd edək ki, dekabrın 7-də Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə baş tutacaq kafedralın açılış mərasimində 50 dövlət və hökumət başçısı iştirak edəcək.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 03 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















