Tramp: İranla qarşıdurmada 18, İraqda 4 500 hərbçi itirdik
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurma zamanı ölkəsinin verdiyi hərbi itkiləri İraq müharibəsindəki itkilərlə müqayisə edib.
Modern.az xəbər verir ki, Tramp İranla qarşıdurmada 18 amerikalı hərbçinin həlak olduğunu bildirib.
“Biz İranla qarşıdurmada 18 möhtəşəm insanımızı itirdik. Hətta bir nəfərin itkisi belə həddindən artıq çoxdur”, – ABŞ Prezidenti deyib.
Tramp bildirib ki, İraqda isə ABŞ təxminən 4 500 hərbçisini itirib və onun fikrincə, əldə edilən nəticələr hazırda İranla qarşıdurmada əldə olunanlarla müqayisə oluna bilməz.
ABŞ Prezidenti İraqdakı İŞİD-lə mübarizəyə də toxunaraq, terror təşkilatının onun birinci prezidentlik dövründə məğlub edildiyini və Amerika qüvvələrinin İraqdan daha əvvəl çıxmalı olduğunu söyləyib.
Reuters-in məlumatına görə, ABŞ-ın 2026-cı ilin fevralında İrana qarşı başladığı “Operation Epic Fury” əməliyyatından sonra 18 amerikalı hərbçi həlak olub. Onlardan 7-si İraqda həyatını itirib.
ABŞ sentyabrın 30-da İraqdakı son hərbi qüvvələrini də ölkədən çıxarıb. Bununla 2003-cü ildə başlayan və müxtəlif mərhələlərdə davam edən ABŞ-ın İraqdakı hərbi mövcudluğuna son qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 Oktyabr 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















