Tramp İranla razılıq var dedi: Tehrandan reaksiya
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Danışıqlar zamanı İranın zənginləşdirilmiş uranın ABŞ-a və ya başqa bir ölkəyə göndərilməsi heç vaxt müzakirə olunmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Ölkənin qəti mövqeyi İran ərazisində nüvə nailiyyətlərini qorumaqdır. Bu barədə irəli sürülən iddialar tamamilə təkzib olunur”, – deyə o bildirib.
Bəqayi vurğulayıb ki, İslam Respublikası heç vaxt belə bir ssenarini nəzərdən keçirməyib.
Daha əvvəl Prezident Donald Tramp ABŞ və İran nümayəndələrinin zənginləşdirilmiş uranı İslam Respublikasından çıxarmaq üçün birlikdə çalışacaqlarını açıqlamışdı. O, bunun Tehranla razılığa gəldikdən sonra baş verəcəyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Aprel 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















