Tramp İŞİD rəhbərinin məhv edilməsi barədə tapşırıq verib
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib.
Aznews.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.
“Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim”, - deyə dövlət başçısı bildirib.
O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd edib.
“Zərbələr nəticəsində onların yaşadıqları mağaralar dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, Somalinin şimalında 100-200 İŞİD terrorçusu məskunlaşıb.

Tramp İŞİD liderinin məhv olunduğunu ELAN ETDİ
15 Mart 2025 09:30
Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib
15 Mart 2025 09:31
İŞİD lideri İraqda zərərsizləşdirilib TRAMP
15 Mart 2025 08:28
Tramp İŞİD liderinin vurulmasını tələb etdi
01 Fevral 2025 22:09
Tramp İraqda İŞİD liderinin öldürüldüyünü açıqlayıb
15 Mart 2025 07:59

