Tramp İslandiyanı Rusiyanın sualtı qayıqlarını izləmək üçün NATO da saxlayıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ilk səlahiyyət müddətində İslandiyanın alyans Rusiya sualtı qayıqlarını izləmək imkanı əldə etsin deyə NATO-da qalmasına razılıq verib.
"Report"un Böyük Britaniyanın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq "Mənim Nəzarətim Altında" adlı avtobioqrafiyasında yazıb.
İslandiyanın alyansa üzvlüyü ilə bağlı müzakirələr zamanı məlum olub ki, milli ordu olmadığından ölkə NATO-nun müdafiə investisiya tələblərini ödəyə bilmir.
"Bəs onda biz İslandiyadan nə istəyirik?",- deyə Tramp soruşub. Daha sonra Pentaqonun keçmiş rəhbəri Ceyms Mettis ABŞ prezidentinə izah edib ki, İslandiya Rusiya sualtı qayıqlarını izləmək üçün faydalı ola bilər.
Bundan sonra Tramp İslandiyanın NATO-da qalmasına icazə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Oktyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















