Icma.az
close
up
RU
Tramp Krım ilə bağlı qəribə bəyanat verdi Clash Report

Tramp Krım ilə bağlı qəribə bəyanat verdi Clash Report

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Rusiya Ukraynaya məxsus Krımı onun hakimiyyəti dövründə ilhaq etsəydi, KİV bunu növbəti 20 il ərzində müzakirə edərdi. Amma bu, Barak Obamanın prezidentliyi dövründə baş verdiyi üçün indi bu barədə heç kim danışmır. 

Qaynarinfo xəbər verir ki, Trampın sözlərini "Clash Report”  sitat gətirib.

"Əgər mən o torpağı versəydim, növbəti 20 il ərzində hər qəzetin ilk səhifəsində olardım. Obama verib və bu barədə heç kim danışmır”, – Ağ Evin rəhbəri deyib.

Bundan əlavə, o, Ukrayna yarımadasını ABŞ-ın Texas ştatı ilə müqayisə edib və "Krım ölçülərinə görə Texasla yaxındır” deyə qeyd edib. Halbuki Texasın sahəsi 695 min kvadrat kilometrdən çox, Krımın sahəsi isə cəmi 27 min kvadrat kilometrdir, yəni Amerika ştatı Ukrayna yarımadasından dəfələrlə böyükdür.

"Krım gözəldir. Bu nəhəng quru sahəsi okeana, düz Qara dənizə doğru uzanır, çox gözəldir. Mən demək istəyirəm ki, o, həqiqətən də çox gözəldir”, – Tramp Krım haqqında əlavə edib.

Daha əvvəl UNIAN xəbər vermişdi ki, ABŞ Prezidenti Ukraynada müharibənin başa çatması ilə bağlı yaxşı şansların olduğunu istisna etmir. Onun fikrincə, müharibəni başa çatdırmaq kifayət qədər çətindir, amma o, optimistdir. Tramp əlavə edib ki, artıq altı müharibəyə son qoyub və o, müharibələri dayandırmağı xoşlayır.

ABŞ Prezidenti həmçinin Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərdə olduğunu qeyd edib və "iki nüvə dövlətinin bir-biri ilə yola getməsi həmişə yaxşıdır” deyib.

O, həmçinin bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Putin görüş təşkil etmə "prosesindədirlər”. Tramp hər iki liderlə ayrıca görüşündən sonra birbaşa dialoqun vacibliyini vurğulayıb: "Onlar görüş təşkil etmə prosesindədirlər, amma biz qətlləri dayandırmalıyıq, çoxlu qətl baş verir”, – deyə Ağ Evin rəhbəri söyləyib.

Bundan əlavə, mümkün təhlükəsizlik zəmanətlərinə münasibət bildirən Tramp ABŞ qoşunlarının Ukraynaya göndərilməsini rədd edib, lakin ehtimal edib ki, ABŞ hava dəstəyi göstərə bilər. "Söhbət təhlükəsizlikdən gedirsə, [avropalılar] adam göndərməyə hazırdırlar. Biz isə onlara bəzi məsələlərdə, xüsusilə də havadan dəstək verməyə hazırıq”, – ABŞ Prezidenti deyib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri