Icma.az
close
up
RU
“TRAMP KRIMI RUSİYA ƏRAZİSİ KİMİ TANIYACAQ” Ağ Evdən ikibaşlı AÇIQLAMA

“TRAMP KRIMI RUSİYA ƏRAZİSİ KİMİ TANIYACAQ” Ağ Evdən ikibaşlı AÇIQLAMA

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

 Tramp administrasiyası beynəlxalq nizamı dağıdan daha bir təhlükəli addıma gedə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası müharibəyə son qoymaq üçün potensial razılaşmanın bir hissəsi olaraq işğal olunmuş Krımı Rusiya ərazisi kimi tanımaq məsələsini nəzərdən keçirir.

“AzPolitika” xəbər verir ki, “Semafor” nəşrinin Tramp administrasiyasındakı iki yüksək vəzifəli məmura istinadla yaydığı bu məlumat böyük rezonans doğurub.

Nəşr administrasiyadakı mənbələrə istinadla yazır ki, Ağ Ev müharibəni bitirmək üçün müxtəlif variantları nəzərdən keçirir və onlardan biri Krımı Rusiya ərazisi kimi tanımaqdır. Hətta Amerika tərəfinin müvafiq qərar qəbul etmək üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etmək imkanını da nəzərdən keçirdiyi qeyd edilir: “Tramp hələ rəsmi qərar qəbul etməyib və Krımla bağlı mümkün addım onun administrasiyasının müharibəni bitirmək yollarının axtarışında nəzərdən keçirdiyi variantlardan sadəcə biridir”.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Hyuz bu xəbəri nə təsdiq, nə də təkzib edib. O, “Semafor”-a açıqalmasında deyib ki, administrasiya “heç bir öhdəlik götürməyib və bu məsələni mediada müzakirə etməyəcək”: "İki həftə əvvəl Ukrayna və Rusiya atəşkəs danışıqları baxımından bir-birindən millərlə uzaqda idi və indi biz Prezident Trampın rəhbərliyi sayəsində razılığa daha yaxınıq. Məqsəd dəyişməz olaraq qalır: qətlləri dayandırmaq və münaqişənin sülh yolu ilə həllini tapmaq".

Göründüyü kimi, Tramp administrasiyasının rəsmisi dolayısı ilə bu məsələnin gündəmdə olduğunu, lakin bunu ictimaiyyət qarşısında hələ müzakirə etmək istəmədiklərini deyir.

Bundan öncə ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts deyib ki, müharibənin dayandırılmasına dair razılaşmanın bir hissəsi olaraq Ukrayna “gələcək təhlükəsizlik zəmanətləri və gələcək statusu müqabilində öz ərazilərini itirə bilər”.

ABŞ Dövlət katibi Marko Rubio isə deyib ki, Ukrayna müharibəni dayandırmaq üçün istənilən razılaşmanın bir hissəsi kimi Rusiyanın 2014-cü ildən bəri ələ keçirdiyi ərazilərdə güzəştə getməli olacaq.

Bütün bunlar Tramp administrasiyasının Krımı Rusiya ərazisi kimi tanıması ehtimalının kifayət qədər yüksək və inandırıcı ola biləcəyindən xəbər verir. Baxmayaraq ki, nə Ukrayna özü, nə Avropa, nə də Krıma tarixi bağlılığı olan Türkiyə bu qərara qarşıdır və bunu qətiyyən qəbul etməyəcək. Türkiyə başda olmaqla, bütün region ölkələri Ukraynanın ərazi bütövlüyünü, Krımı da onun tərkib hissəsi kimi tanıyır və bunu dəfələrlə bəyan edib. Hətta Rusiyanın bir nömrəli müttəfiqi olan Belarus belə Krımı Rusiya ərazisi kimi tanımayıb.


Ancaq göründüyü kimi, Tramp administrasiyası “Amerikanı yenidən böyük etməyin” yolunu işğalçılığa dəstək verməkdə görür. Digər tərəfdən özü Kanadaya, Qrenlandiyaya qarşı ərazi iddiaları qaldıran, bu ölkələri ABŞ-yə birləşdirmək istəyən Tramp kimi qeyri-adekvat birinin işğal edilən Krımı Rusiya ərazisi kimi tanıyacağı heç də mümkünsüz və qeyri-adi görünmür. Belə olan halda nədən Cənubi Osetiya və Abxaziya da Rusiya ərazisi kimi tanınmasın?

Bu məntiqlə, yaxşı ki, zamanında Azərbaycan öz ərazilərini işğaldan azad edib, yoxsa bir gün ABŞ-nin başına gələn hansısa psixi, mənəvi və mental problemləri olan birisi eyni addımı bizə qarşı da ata bilərdi. Həmçinin, ümumilikdə bu yanaşma ərazisi işğala, separatizmə məruz qalan istənilən dövləti çətin vəziyyətdə qoyur…

Əlbəttə ki, Tramp gəldi-gedrədi. Amma təəssüf ki, onun yaratdığı bu cür presedentlər bütün işğalçıları, diktatorları həvəsləndirir, beynəlxalq hüququ geri dönməsi mümkünsüz olan iflic vəziyyətə salır. Krımın ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması baş verərsə, bunun bütün dünyadakı bənzər münaqişələrə, separatizmə, hətta terrorçuluğa necə təsir edəcəyini isə təsəvvür etmək çətin deyil…

C.Məmmədov

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Mart 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri