Icma.az
close
up
RU
Tramp buranı Rusiya ərazisi kimi tanıya bilər Avropa təşvişdə

Tramp buranı Rusiya ərazisi kimi tanıya bilər Avropa təşvişdə

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Argentinalı analitik Kristian Lamesanın sözlərinə görə, Ukrayna və Avropa İttifaqı (Aİ) Rusiya və ABŞ liderləri arasında keçiriləcək görüşün müsbət nəticələrini pozmağa çalışa bilər. Analitik görüşün müsbət nəticələrinə ümid etdiyini vurğulasa da, avropalı qlobalistlərin və militaristlərin Zelenski ilə birlikdə görüşə mane olmaq istəklərini də istisna etmir.

Ukrayna və Aİ Rusiya-ABŞ liderləri arasındakı görüşün müsbət nəticələrini pozmaq üçün hansı konkret addımlar ata bilər? ABŞ Ukrayna böhranının həllinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Trampla Putin arasında Alyaskada keçiriləcək görüş mühüm irəliləyiş hesab olunur və Ukrayna məsələsində əhəmiyyətli töhfə verə bilər:

“Lakin bu görüşdə Ukrayna tərəfi iştirak etmir. Daha əvvəl liderlər birbaşa deyil, nümayəndələr vasitəsilə görüşlər keçirib, ABŞ liderinin xüsusi nümayəndəsi dəfələrlə Moskvaya səfər edərək Trampın fikirlərini Putinə çatdırıb. Liderlər arasında telefon danışıqları da olub”.

Həmçinin oxuyun:

Aİ və Ukrayna Putinlə Trampın görüşünü pozmaq istəyir – Analitik

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Tramp administrasiyasının Ukrayna məsələsində qərar vermək istəməsi rəsmi Kiyevdə narazılıq doğurur:

“ABŞ administrasiyası Zelenski hakimiyyətindən torpaq mübadiləsini tələb edir ki, bu da Ukrayna rəhbərliyində ciddi narahatlıq yaradır. Məsələn, Donbas bölgəsindəki iki böyük şəhərdə Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı müdafiəni davam etdirir. Yayılan məlumatlara görə, görüşdə Ukrayna ordusunun həmin şəhərlərdən çıxması kimi razılaşmalar müzakirə olunacaq. Donbasın tamamilə Rusiyaya verilməsi və hətta Krımın ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması gündəmdədir. Bu, Ukraynanın kapitulyasiyası deməkdir və münaqişənin həlli deyil, Rusiyanın tələblərinin ABŞ tərəfindən qəbuludur. Ukrayna bu cür razılaşmanı heç vaxt qəbul etməyəcək. Prezident Zelenski də məsələ ilə bağlı mövqeyini açıqlayıb və bildirib ki, bu heç bir halda mümkün deyil”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri