Azərbaycan Dövlət Mahnı Teatrı bölgələrdə növbəti konsert proqramı ilə çıxış edib
Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
27 dekabr 2025-ci il tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri “Yurdumun sədası” adlı konsert proqramı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində tamaşaçıların qarşısına çıxıb.
Operativ Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Proqramda Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada əsərləri səsləndirilib. Konsertdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov çıxış ediblər. Orkestri dirijor Ellada Məmmədova idarə edib.
Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.
Qastrol səfərlərinin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunmasıdır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 29 Dekabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları