Icma.az
close
up
RU
TRAMP “MƏYUS VƏ QƏZƏBLİ”DİR Çindəki tədbir nədən böyük əks səda doğurdu?

TRAMP “MƏYUS VƏ QƏZƏBLİ”DİR Çindəki tədbir nədən böyük əks səda doğurdu?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çində keçirilən ŞƏT tədbiri və sonrakı hərbi parad əksər politoloqlar tərəfindən ilk növbədə Donald Trampın yürütdüyü xarici siyasətin fiaskosu kimi qəbul olunur. Bu da təasadüfi deyil. Üstəlik, Tramp özü də parad başlar-başlamaz etdiyi paylaşımla nə qədər məyus olduğunu və hiddətləndiyini göstərdi. Belə ki, həmin paylaşımında ABŞ Prezidenti açıq şəkildə Çin, Rusiya və Şimali Koreya başçılarının birləşərək, ABŞ-yə qarşı sui-qəsd hazırladığını bəyan etdi. Hansı ki, indiyə qədər Tramp “dost” adlandırdığı bu ölkə liderlərini heç vaxt bu qədər açıq şəkildə ittiham etməmişdi…

Xatırladaq ki, bundan bir gün əvvəl ABŞ Prezidenti Putindən məyus olduğunu demiş və demək olar, Putin-Zelenski görüşünə artıq ümid etmədiyinə eyham vurmuşdu.

Trampın xarici siyasətinin böyük ölçüdə fiaskoya uğradığını və bu səbəbdən məyus və qəzəbli olduğunu Qərb mətbuatı da qeyd edir. Məsələn, CNN yazır ki, “anti-Qərb” ölkələrin liderlərinin Pekində bir araya gəlməsi xəbərdarlıq edir ki, ABŞ Prezidenti Donald Trampın gömrük, tarif qarşıdurması və zəif dövlətləri qorxutmaq siyasəti əks nəticə verir. Qeyd olunur ki, Tramp Çinin Vladimir Putin və Kim Çen Inla daha da yaxınlaşmasından qəzəblənib və onları ABŞ-yə qarşı “sui-qəsddə” ittiham edib. Trampın ŞƏT tədbiri və paradla bağlı son paylaşımı isə yalnız bir məna daşıyır: əgər Çindəki böyük toplantının məqsədi Amerika Prezidentini aşağılamaq idisə, buna yüz faiz nail olundu. Həmçinin, bu tədbir Trampın “sövdələşmə bacarıqları”nın və böyük dözvlətlərin başçıları ilə yaxın münasibətlərinin həlledici olacağına dair iddialarının fiaskoya uğradığını göstərdi. Əslində, bunu sübut edən məqamlardan biri, bəlkə də birincisi odur ki, Trampla Putinin Alyaskadakı görüşü Ukraynaya sülh gətirmədi…

Qeyd edək ki, Çindəki böyük paradın dünyadakı gərgin beynəlxalq şəraitdə keçirilməsi və Çinin “yeni supergüc” olmasının təsdiqlənməsi, həm də bütün bunların Trampın ziddiyyətli siyasəti sayəsində baş verməsi ABŞ-nin “etibarlı böyük dövlət” reputasiyasını bərk zədələyir.

Bu paradın məqsədi müasir dünya düzənində Çinin əsas rolunu göstərmək idi. Si Cinpinin “əsas qonaqlarının” məhz Vladimir Putin və Kim Çen In olması bu rolun nədən ibarət olduğunu nümayiş etdirdi. Çinlilərin paradda göstərdiyi müasir silahlar isə Pekinin ambisiyalarının arxasında real güc və texnologiyaların durduğunu göstərdi.

Trampın “küsdürdüyü” Hindistanın Baş nazirinin Pekindəki davranışları – Putin və Si Cinpinlə əl-ələ durub xüsusi pozlar verməsi isə Trampa mesaj idi ki, onun vaxtilə yaxın tərəfdaş olan ölkələrə qarşı “tarif siyasəti” əks effekt verib və uğursuzluğa düçar olub.

Nəhayət, bu baş verənlər bir daha göstərir ki, Trampın bu gün bir, sabah başqa bir şey deməsi, siyasi prinsipləri, ideologiyaları tamamilə bir kənara ataraq, hər şeyə maliyyə, gəlir, ticarət prizmasından baxması, Nobel mükafatının izinə düşərək, ciddi siyasəti şıltaq və yersiz tryuklarla əvəzləməsi və s. ABŞ-nin lider dövlət və supergüc statusunu sarsıdıb.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri