Tramp milyarder komandası ilə ABŞni idarə etməyə hazırlaşır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın yeni dönəm seçdiyi işçi komandası və ya irəli sürdüyü adlar həm sərvətləri, həm də siyasətləri ilə diqqət çəkib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 20-də rəsmi olaraq Ağ Evdəki vəzifəsinə başlayacaq Tramp yeni hökumətində mühüm vəzifələrə seçdiyi adlar arasında ölkənin milyarderləri və multimilyonerləri yer alıb.
Tramp administrasiyasında orta təbəqədən olan amerikalıların həyatına təsir edəcək siyasi məsələlərin zəngin təbəqə tərəfindən həll olunması müzakirə mövzusuna çevrilib.
Trampın irəli sürdüyü adlar Senatın təsdiqini alarsa, formalaşacaq kabinet üzvlərinin ümumi sərvətinin 9 milyard dolları keçəcəyi gözlənilir.
İlk dövründə formalaşdırdığı kabinet üzvlərinin ümumi sərvətinin 6 milyard dollar olduğu nəzərə alınsa, Trampın yeni komandası ilə ABŞ tarixinin ən zəngin administrasiyalarından birini yaratması gözlənilir.
Bunun əksinə olaraq, ABŞ prezidenti Co Baydenin kabinetinin ümumi xalis sərvətinin 118 milyon dollar olduğu təxmin edilir.
Belə görünür ki, milyarder Trampın komandasının ən zəngin üzvü həm də dünyanın ən varlı adamı olan İlon Maskdır.
Oksana
Baxış sayı:87
Bu xəbər 11 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















