Icma.az
close
up
RU
Tramp nə demək istəyir?

Tramp nə demək istəyir?

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bu sualı indi çoxları öz-özünə düşünür. 12 gün sonra inaqurasiyası olacaq ABŞ-ın 47-ci prezidenti komandasında görmək istəyi şəxsləri elan etməklə öz xarici siyasət konturlarını biruzə verdi.
Donald Tramp Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək niyyətindən sonra, Danimarkaya məxsus Qrenlandiyanı da özünə birləşdirmək istəyi onun imperiya ideyalarını reallaşdırmaq məqsədlərindən xəbər verir. 45-ci prezidentlik dövründə "təcridçi" siyasət yürüdən Tramp belə görünür ki, buraxdığı səhvlərdən həm nəticə çıxarır, həm də adını tarixə yazdırmaq istəyir.
Məğlubiyyə rəğmən növbəti seçkilərdə qalib gələn Tramp siyasəti səriştəsini ortaya qoymaq əzmindədir.
Tramp və Mask anlayır ki, beynəlxalq hüquq tamamilə iflas edib, onu düzəltməkdənsə yaranan fürsətdən istifadə etmək lazımdır.
Qeyd edim ki, Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı qətnamə artıq hazırdır. Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılmasını tələb edən qətnamə qəbul edilsə, buxta 180 gün ərzində bütün federal xəritələrdə və sənədlərdə "Amerika Körfəzi" olaraq göstəriləcək. Analoji addım Panama kanalı ilə bağlı da atılacaq.
Trampın Qrenlandiyanı ilhaq etmək cəhdi təhlükəlidir və beynəlxalq hüququ pozur. Danimarkanın "Ritzau" informasiya agentliyinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, danimarkalıların demək olar ki, 90%-i Qrenlandiyanın ABŞ-a verilməsinə qarşıdır.
Böyük Amerika - Tramp Kanadanın bütün ərazisini (Rusiyadan sonra dünyanın ikinci ən böyük ölkəsi) özündə birləşdirən ABŞ-ın xəritəsini də paylaşıb. Əvvəlcə Trampın qeydləri trollinq kimi qəbul olunsa da, məsələnin ciddiliyi Kanadanın Baş naziri Castin Trüdo rəsmi olaraq istefa verməsi ilə öz təsdiqini tapır. Onun sözlərinə görə partiya yeni lider seçdikdən sonra partiya lideri və baş nazir vəzifəsindən istefa vermək niyyətindədir.
Bütün bunlar göstərir ki, ABŞ-nin yeni prezidenti dövründə müharibələrin dayanması gözlənilsə də, tam əksinin işartıları hiss olunur.
Politoloq İlyas Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri