Icma.az
close
up
RU
Tramp nə vəd etmişdi?

Tramp nə vəd etmişdi?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Qan Turalı yazır...

ABŞ-də respublikaçı Donald Trampın qələbə qazanması siyasi ekspertlər üçün gözlənilməz deyildi. Doğrudur, aradakı fərq güman ediləndən daha böyük oldu. Ancaq bunun mətləbə elə də dəxli yoxdur.

Trampın prezident seçilməsi ilə bağlı maraqlı bir məqam da onun ikinci dəfə qadın namizədə qalib gələrək prezident seçilməsi idi. İlk seçkisində Hillari Klinton üzərində qələbə qazanan Tramp Baydenə məğlub olmuşdu. Bu dəfə isə o, Kamala Harris üzərində qələbə qazandı. Bu da maraqlı bir nüansdır. Mühafizəkar siyasətçilər belə məqamlarla fəxr edə də bilərlər.

Trampın qələbəsinin bir cəhəti də xüsusilə əlamətdardır. Belə ki, o, Senatda da üstünlüyü ələ keçirib. Bu da onun daha sərbəst siyasət aparmasını şərtləndirəcək.

Bəs, Tramp dövründə ABŞ-ni nələr gözləyir?

Hər şeydən qabaq Tramp diqqəti ABŞ daxilinə verəcək. Çünki ABŞ iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil. Seçicilər üçün də əsas problem iqtisadi problemlərdir. Bu mənada Trampı başa düşmək çətin deyil.

Ancaq yeni prezidentin masasında bir çox problemlər qalaqlanıb. Tramp seçki kompaniyası dövründə qanunsuz miqrant axını ilə mübarizə aparacağını bildirmişdi. Bayden-Harris dövründə ABŞ-nin cənub sərhədlərindən qanunsuz miqrant axını rekord həddə qədər çatmışdı. Trampın ilk növbədə bu problemlə mübarizə aparacağı gözlənilir. Hərçənd bu heç də asan deyil, çünki məsələnin hüquqi, başqa cür desək, Trampdan asılı olmayan problemləri var. Digər tərəfdən isə qanunsuz miqrantlar ucuz işçi qüvvəsidir, bu mənada onların deportasiya edilməsi ABŞ iqtisadiyyatına da zərərsiz ötüşməyəcək.

Bir az əvvəl də qeyd etdiyimiz kimi, ABŞ iqtisadiyyatının inkişafı yeni prezident üçün prioritet məsələlərdən biridir. Ancaq ABŞ liberal iqtisadiyyatdır, prezidentin məsələlərə münasibəti heç də həlledici deyil. Trampın yeni gömrük vergiləri (Çin məhsullarına 60 faiz vergi nəzərdə tutulur) və ümumilikdə vergiləri aşağıya endirmək cəhdlərinin nə ilə nəticələnəcəyi də maraqlıdır. Hərçənd, Tramp ilk prezidentlik müddətində iqtisadiyyatda uğurlar qazanmağı bacarmışdı.

Yeni administrasiya qarşısında duran ən ciddi problemlərdən biri də Ukrayna məsələsidir. Tramp ABŞ-nin Ukraynaya hərbi yardımını dəfələrlə tənqid etmişdi. O, münaqişəni cəmi 24 saata həll edəcəyini də iddia etmişdi. Yaxın Şərq məsələsində (Qəzza və Livan) də Tramp sülh tərəfdarı kimi çıxış edir. Ancaq bütün bunlara necə nail olacağı sual altındadır. Misal üçün, Rusiya və Ukrayna hansı şərtlər altında sülh bağlayacaq? Hər iki tərəfin razı qaldığı bir çərçivə tapmaq mümkündürmü? Bunlar heç də asan suallar deyil, ancaq hər bir halda Tramp diplomatiyası maraq doğurur.

Tramp haqqında istintaq aparan prokuror Smiti vəzifəsindən kənarlaşdıracağı və 2021-ci ildə baş verən Konqres basqınında həbs edilənləri əfv edəcəyini də vəd etmişdi. Bu vədlərin taleyi də insanları düşündürür.

Bir sözlə, prezident Trampın qarşısında həm daxili, həm də xarici siyasətlə bağlı ciddi problemlər dayanır. O, keçən prezidentlik dövründən daha güclü mövqedədir. Bu mənada onun fəaliyyəti təkcə ABŞ əhalisi üçün deyil, eləcə də bütün dünya üçün son dərəcə əhəmiyyətlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri