Tramp neftin satış qiymətlərini aşağı salmağı tələb etdi
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ölkənin iri neft şirkətlərini, o cümlədən "Chevron"u istehlakçılar üçün yanacağın pərakəndə satış qiymətlərini dərhal azaltmağa çağırıb.
Moderator.az xəbər verir ki, Tramp bununla bağlı "Truth Social" platformasında paylaşım edərək "Chevron" şirkətinin baş icraçı direktoru Mayk Virtin "Fox News" telekanalına verdiyi müsahibəyə münasibət bildirib.
"Onun rahatlıqla qeyd etmədiyi yeganə məqam odur ki, Tramp administrasiyasının dahiliyi, uzaqgörənliyi, gücü və sabitliyi olmasaydı, neft sənayesi və ölkəmiz məhv olardı", - deyə Tramp yazıb.
ABŞ Prezidenti bildirib ki, "Chevron" əvvəllər çıxarıldığı Venesuelaya yenidən qayıdıb və hazırda əvvəlkindən daha güclü mövqedədir. Onun sözlərinə görə, şirkət, eləcə də digər neft istehsalçıları bundan böyük gəlir əldə etməyi planlaşdırırlar.
Qeyd edək ki, "Chevron"un baş icraçı direktoru Mayk Virt "Fox News" telekanalına müsahibəsində İranla müharibənin qlobal enerji bazarlarını "kövrək və qeyri-müəyyən" vəziyyətə saldığını bildirib.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, avqustun 3-də ABŞ-də bir qallon benzinin orta qiyməti 4.10 dollar təşkil edib. Bu, bir il əvvəlki göstəricidən təxminən bir dollar, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən əvvəlki dövrlə, yəni mart ayı ilə müqayisədə isə təxminən 85 sent çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 03 Avqust 2026 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















