Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Tramp Netanyahu görüşünün ƏSAS GÜNDƏMİ: Qəzza, yoxsa İran?

Tramp Netanyahu görüşünün ƏSAS GÜNDƏMİ: Qəzza, yoxsa İran?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona rəsmi səfər edəcək.

İsrail Baş Nazirinin Dəftərxanasının məlumatına görə, liderlər arasındakı görüş iyulun 28-də Ağ Evdə baş tutacaq. Səfər çərçivəsində B.Netanyahunun mərhum senator Lindsi Qremin anım mərasimində iştirakı və Donald Trampla Yaxın Şərqdə dəyişən geosiyasi dinamikanı müzakirə etməsi nəzərdə tutulur.

Bəs Benyamin Netanyahunun Donald Trampla görüşündə əsas müzakirə mövzusu nə olacaq – Qəzza zolağındakı son vəziyyət, yoxsa İranın bölgədə artan təsiri?

Məsələni Yenicag.az-a şərh edən politoloq Rəfail Becanov hesab edir ki, Tramp-Netanyahu görüşünün əsas ağırlıq mərkəzi məhz İran olacaq.

Onun sözlərinə görə, İsrail Qəzzada müəyyən üstünlük əldə edib və genişmiqyaslı hərbi əməliyyatların əsas mərhələsi artıq arxada qalıb:

“HƏMAS tamamilə sıradan çıxarılmasa da, onun əvvəlki hərbi və təşkilati imkanlarının əhəmiyyətli hissəsi məhv edilib. İsrail hərbi üstünlüyünü davam etdirdikcə, HƏMAS-ın tam süqutu qaçılmazdır. Ona görə də rəsmi Təl-Əviv üçün əsas strateji sual artıq Qəzzada baş verəcəklər, yaxud geniş mənada bu bölgədə nələrsə planlaşdırmaq yox, İranla bağlı gələcək planların hazırlanması və növbəti addımların müəyyənləşdirilməsidir”.

Politoloqun sözlərinə görə, görüşdə İranın nüvə proqramı, raket imkanları və regiondakı proksi qüvvələri xüsusilə Hizbullah, Suriyadakı qruplaşmalar və husilər əsas müzakirə mövzusu olacaq:

“İsrail üçün regional təhlükəsizlik məsələsi önəmlidir. Bu baxımdan fürsətdən faydalı istifadə etməyə çalışacaq. Livan və Hizbullah məsələsi diqqətdə olacaq. Çünki Hizbullah HƏMAS-dan daha təhlükəlidir. Onun Livan ərazisində yerləşməsi, raket arsenalı və İranla daha sıx əlaqələri İsraili daha çox narahat edir”.

Bununla yanaşı, politoloq Vaşinqtonun hazırda İsrailin İranla genişmiqyaslı birbaşa müharibəyə girməsinə qarşı olduğunu vurğulayıb

“İsrailin müharibədə aktiv iştirakı indiki mərhələdə ABŞ-nin maraqlarına xidmət etmir. Bu, həm enerji bazarlarında ciddi qeyri-sabitlik yaradır, həm də Vaşinqtonun hərbi öhdəliklərini artırır. 

Digər tərəfdən, ABŞ üçün aydındır ki, İsrailin İranı strateji baxımdan zəiflətmək imkanları sonsuz deyil. İranın regional təsir gücü var və bu, hərbi güclə yanaşı müxtəlif ölkələrdə qurduğu şəbəkələrlə əlaqədardır. 

Ona görə İranın bölgədə təklənməsi, ərəb ölkələrinin də daxil olduğu koordinasiyalı koalisiya ABŞ-nin daha çox marağındadır. İsrailin aktiv müharibədə iştirakı bu ideyanı əngəlləyir”.

Lakin ekspert Qəzza mövzusunun da diqqətdən kənarda qalmayacağını bildirir.

Onun sözlərinə görə, girovların taleyi, atəşkəs, humanitar vəziyyət və müharibədən sonrakı idarəetmə də masada olacaq məsələlərdəndir:

“Düşünürəm ki, bunlar taktiki müzakirələr olacaq. Əsas strateji gündəmi İran, onun regional təsiri və Yaxın Şərqdə formalaşan yeni geosiyasi vəziyyət təşkil edəcək. Bu baxımdan Tramp-Netanyahu görüşü iki lider arasında diplomatik təmas kimi yox, həm də Yaxın Şərqlə bağlı növbəti mərhələnin konturlarını müəyyən edəcək tarixi bir görüş kimi diqqətdədir”.

"Cebheinfo.az"

Açar sözlər: Tramp-Netanyahu Rəfail Becanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyul 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri