Icma.az
close
up
RU
“Qəzza üçün şans, İrana mesaj: Netanyahu Tramp görüşünün əsas mövzuları“ “Vesty“ (İsrail)

“Qəzza üçün şans, İrana mesaj: Netanyahu Tramp görüşünün əsas mövzuları“ “Vesty“ (İsrail)

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Görüşdə əsas diqqət İran təhlükəsi və Qəzzada növbəti mərhələyə keçidə yönələcək..."

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü gecə, dekabrın 28-də ABŞ-a yola düşür. Səfərin əsas məqsədi ABŞ prezidenti Donald Trampla görüşdür.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Nəşr yazır ki, görüşdə Yaxın Şərq üçün həlledici məsələlər - İran təhlükəsi, Suriya və Livandakı vəziyyət, HƏMAS-ın tərksilahı və Qəzza bölgəsində müharibədən sonrakı mərhələyə keçid müzakirə ediləcək.

Görüşün 29 dekabrın ikinci yarısında Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilməsi planlaşdırılır. Əvvəlcə Misir prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı nəzərdə tutulsa da, Qahirənin İsrail tərəfi ilə birbaşa təmasdan yayındığı üçün bu variant gündəmdən çıxarılıb.

İran amili: razılaşmadan hərbi ssenariyə qədər

Diplomatik mənbələr bildirir ki, görüşün əsas prioriteti İsrail və ABŞ-ın İran təhlükəsinə qarşı mövqelərinin uzlaşdırılmasıdır. Netanyahu Trampa İranın ballistik raket proqramındakı irəliləyişlər və Tehranın Yaxın Şərqdəki müttəfiqlərinə maliyyə və hərbi dəstəyini bərpa etməsi ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edəcək.

İsrail tərəfi ABŞ-İran razılaşmasından tutmuş İsrailin təkbaşına və ya ABŞ-la birgə hərbi əməliyyatına qədər müxtəlif ssenariləri gündəmə gətirəcək. Vaşinqton yeni qarşıdurmaya həvəsli deyil, lakin Netanyahu Trampdan hərbi əməliyyata "yaşıl işıq" almağa ümid edir.

Qəzza düyünü: ikinci mərhələ niyə gecikir?

Görüşün digər mühüm mövzusu Qəzza bölgəsidir. Tramp planın ikinci fazasına tezliklə keçid istəyir, İsrail isə bildirir ki, birinci mərhələ hələ tamamlanmayıb: Qəzzada hələ də öldürülmüş son girov - polis serjantı Ran Qvilinin cəsədi qalır. Bu, HƏMAS-ın razılaşma öhdəliklərini yerinə yetirmədiyini göstərir.

İsrail rəsmiləri HƏMAS-ın qəsdən prosesi uzatdığını, atəşkəsin pozulması hallarının bunun sübutu olduğunu bildirir. Mövqe dəyişməzdir: Qəzzada real gələcək yalnız HƏMAS-ın tərksilahı və bölgənin demilitarizasiyası ilə mümkündür.

ABŞ planları və İsrailin "qırmızı xətləri"

Vaşinqton Qəzzanın bərpasına tez başlamaq və bölgəni idarə edəcək "texnokrat kabinet" yaratmaq niyyətindədir. Bu təşəbbüslərin Trampa yaxın şəxslər tərəfindən irəli sürüldüyü bildirilir. İsrail tərəfi isə HƏMAS-la və ya Mahmud Abbas administrasiyası ilə əlaqəli fiqurların bu prosesə cəlb edilməsinə qarşı çıxır.

Bundan əlavə, tərəflər beynəlxalq sabitləşdirici qüvvələrin yaradılmasını da müzakirə edəcək. ABŞ bu qüvvələrdə Türkiyənin iştirakını istəyir, İsrail isə bu ideyaya qəti şəkildə qarşı çıxır və Ankaranın iştirakı halında "qırmızı xəttin keçiləcəyini" bildirir.

Netanyahu-Tramp görüşü Yaxın Şərqdə müharibədən sonrakı düzənin formalaşması üçün mühüm siqnallar verə bilər, lakin həm İran, həm də Qəzza mövzusunda mövqelərin üst-üstə düşməməsi danışıqları çətinləşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:594
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri