Icma.az
close
up
RU
Tramp Netanyahu ilə danışdı: Azərbaycan üçün arzuolunmaz ssenari

Tramp Netanyahu ilə danışdı: Azərbaycan üçün arzuolunmaz ssenari

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub. Tərəflər İranın nüvə proqramı və Qəzza zolağı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

“Bəli, biz bir çox məsələləri müzakirə etdik və hər şey çox yaxşı, rəvan keçdi. Nə baş verəcəyini görəcəyik. Bilirsiniz, İranla bağlı nəsə etməyə çalışırıq”, – deyə Tramp açıqlamasında bildirib.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında nüvə danışıqları davam edir və yaxın vaxtlarda növbəti raundun keçirilməsi gözlənilir:

“Danışıqların bu mərhələsində İran İsrailin nüvə texnologiyaları ilə bağlı sənədləri ələ keçirdiyini iddia edib. Bu isə İsraildə ciddi narahatlıq yaradıb. Baş nazir Benyamin Netanyahu İrana qarşı mümkün hərbi zərbələrdə maraqlıdır və bu istiqamətdə simulyasiya təlimləri keçirir.

Digər tərəfdən, İran da İsrailin nüvə silahından imtina etməsi şərtini irəli sürür. Bu isə danışıqlar prosesində irəliləyişə mane olur. Dünənki Tramp–Netanyahu telefon danışığında İrana mümkün zərbələrin müzakirə olunduğu ehtimal edilir. Lakin Tramp açıq şəkildə diplomatik danışıqlara üstünlük verdiyini bəyan edib. Buna baxmayaraq, danışıqların uğurla nəticələnməsi real görünmür”.

Həmçinin oxuyun:

İsrail İrana dağıdıcı hücumun anonsunu verdi – İki gün sonra isə…

Məhəmməd Əsədullazadə

Politoloqun fikrincə, İranın hərbi hədəfə çevrilməsi Azərbaycan üçün arzuolunan ssenari deyil:

“Çünki İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. İran öz nüvə ambisiyalarından əl çəksə, regionda sabitlik bərpa oluna bilər. Hazırda görünən odur ki, İran nüvə silahı əldə etməyə çalışır. Əgər bu baş verərsə, İsrailin İrana hərbi hücum ehtimalı ciddi şəkildə gündəmə gələ bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri