Icma.az
close
up
RU
Bakı Ankara İrəvan üçbucağında sensasion gəlişmə Azərbaycan üçün arzuolunmaz ssenari

Bakı Ankara İrəvan üçbucağında sensasion gəlişmə Azərbaycan üçün arzuolunmaz ssenari

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ son günlər Türkiyə, Azərbaycan, Ermənistan danışıqlarına aktiv şəkildə müdaxilə edir. Aydın məsələdir ki, Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları davam edir. Paralel olaraq isə Türkiyə ilə Ermənistan arasında sərhədin açılmasına dair danışıqlar gedir.

İrəvan-Bakı və İrəvan-Ankara danışıqları iki fərqli təmas kimi görünsə də nəticə etibarilə eyni məqsədə xidmət edir: regional sülhü təmin etmək, kommunikasiyaların açılmasına nail olmaq. Bununla belə demək lazımdır ki, həm Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarında, həm də Türkiyə-Ermənistan danışıqlarında son günlər müəyyən anlaşılmaz məqamlar var.

Misal üçün, Ermənistan tərəfi Azərbaycanla danışıqların yekunlaşdığını, sülh sazişinin hazır olduğunu deyir. Azərbaycan tərəfi isə sülh sazişinin hazır olmasının sülhün əldə edilməsi mənasına gəlmədiyin deyir.

Digər bir məsələ isə 21 martda açılan Türkiyə-Ermənistan sərhəd qapısının 31 marta – yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı xəbəridir. Hərçənd Türkiyə tərəfi məsələ ilə bağlı rəsmi açıqlama versə də rəsmi Bakının haqlı narahatlığı qalmaqdadır.

Bütün bu hadisələr fonunda diqqətçəkən bir məqam da ABŞ-ın həm İrəvan-Bakı, həm də İrəvan-Ankara danışıqlarına marağının artmasıdır. Belə ki, ötən gün ABŞ dövlət katibi Marko Rubio öncə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb, bir neçə saat sonra isə Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

M.Rubio telefon danışığı zamanı Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq, eləcə də regional gündəliklə bağlı məsələləri müzakirə ediblər. Paşinyan isə dövlət katibinə danışıqlar prosesini (Azərbaycanla – red.) təqdim edib və “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş layihəsinin razılaşdırıldığı haqda məlumat verib. Baş nazir vurğulayıb ki, saziş layihəsi imzalanmağı gözləyir. Hər nə qədər açıqlanmasa da Paşinyanın Rubio ilə telefon danışığında İrəvanla Ankara arasında dialoq barədə söhbət etdiyi də istisna deyil.

Əslində məsələyə baxdıqda belə bir vəziyyət ortaya çıxır:

1. Ermənistan həm Azərbaycanla sülh müqaviləsi imzalamaq, həm də Türkiyə ilə sərhədin açılmasını istəyir. Lakin Azərbaycana hər hansı dəhlizin verilməsini istəmir.

2. Türkiyə Ermənistan ilə başda iqtisadi əlaqələr olmaqla bütün əlaqələri bərpa etmək istəyir. Lakin müttəfiqi Azərbaycanın incik düşməsini, münasibətlərə xələl gəlməsini istəmir. Buna görə də Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalamasını istəyir.

3. ABŞ Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazır olduğunu bilir, imzalamasını istəyir. Özü də prosesdə bu və ya başqa formada iştirak etmək istəyir. Sülh olarsa ABŞ Ermənistandakı hərbi varlığını daha da artıra bilər. Bunun üçün isə Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmalıdır.

4. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Lakin narahatlıqları və ehtiyat etdiyi məqamlar var. Rəsmi Bakı hər şeydən öncə Ermənistana inanmır. Bu ölkədə siyasi proseslərin sürətlə dəyişməsi İrəvanın zəif iradə nümayiş etdirib hər dəfəsində böyük güclərin oyunlarına alət olması, ən əsası da revanşizm, ultra-milliyyətçilik kimi ideoloji problemlərin qalması Bakını sülh sazişindən əlavə tələblər irəli sürməyə vadar edir. Misal üçün, Naxçıvana təhlükəsiz keçidin təmini üçün Zəngəzurun dəhliz əsasında açılması, gələcəkdə yeni müharibələrin, işğal cəhdinin qarşısını almaq üçün isə Ermənistan konstitusiyasındakı müvafiq bəndlərin dəyişməsini tələb edir.
ABŞ dövlət katibi Marko Rubionun təmaslarından görünür ki, Vaşinqton sülhə və təhlükəsizliyə qarant olmaq istəyir. Azərbaycan üçün ABŞ-ın təkbaşına qarant olması kifayət deyil. Buna görə mümkündür ki, Türkiyənin də prosesdə iştirakı şərt kimi irəli sürülsün. Lakin bu da hələ son deyil. Təbii ki, bir də Rusiya faktoru var.

Rusiya da ən az ABŞ kimi Ermənistan ilə Azərbaycan arasında sülhün qaçılmaz olduğunun fərqindədir. Və yenə Moskva da Vaşinqton kimi sülhün onun moderatorluğunda əldə edilməsini istəyir. Hətta bu istiqamətdə konkret addım da atıb. Söhbət 9 may tarixində baş tutacaq Qələbə paradına həm İlham Əliyevin, həm də Nikol Paşinyanın dəvət edilməsindən gedir.

Göründüyü kimi, kifayət qədər qəliz, bir o qədər də maraqlı proseslər yaşanır. Lakin məsələnin həllinə dair müəyyən fikir irəli sürmək olar.

Bütün tərəflərin ortaq marağı olacaq bir təklif yaratmaq mümkündür.

1. Ermənistan ilə Azərbaycan arasında sülh tərəfsiz bir ölkədə Rusiya, ABŞ və Türkiyənin qarantorluğunda imzalana bilər. Xüsusilə Moskva və Vaşinqton Ukrayna məsələsində ortaq məxrəcə gəlsə, bu məsələ daha tez reallaşa bilər. ATƏT üçlüsündən fərqli olaraq Türkiyənin də üçüncü qarantor ölkə olması Bakını sülhə daha da həvəsləndirə bilər.

2. Zəngəzur məsələsi dəhliz formatında açılmalıdır. Əslində bunun alternativi yoxdur. Lakin dəhlizə nəzarət ABŞ, Rusiya, Türkiyə sülhməramlılarına buraxıla bilər. Beləcə, nə Ermənistanın narahat olduğu kimi Azərbaycan dəhlizə nəzarət edər, nə də Bakının narahat olduğu kimi buradan keçəcək TIR-lara, mülki şəxslərə hücumlar ola bilər.

Hər halda bütün bunlar təklif xarakteri subyektiv fikirlər və versiyalardır. Hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcək!

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Mart 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri