Icma.az
close
up
RU
TRAMP NİKBİNDİR, ANCAQ Putin İstanbula “kapitulyasiya qrupu” göndərib

TRAMP NİKBİNDİR, ANCAQ Putin İstanbula “kapitulyasiya qrupu” göndərib

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya gəlməsinə baxmayaraq, müharibəyə son qoymaq üçün hər hansı razılaşmanın perspektivləri dumanlı görünür.

“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”(WSJ)-da dərc edilən məqalədə belə deyilir.

Nəşr qeyd edir ki, Vladimir Putin Zelenskinin Türkiyədə birbaşa yüksək səviyyəli danışıqlar üçün görüşmək çağırışına məhəl qoymayıb. Əvəzində Kreml hökmdarı ora öz məmurlarından ibarət komandanı göndərib ki, bu da tərəflər arasında ciddi danışıqların mümkünlüyünü şübhə altına alır.

Məsələ burasındadır ki, nəşrin qeyd etdiyi kimi, Rusiyanın danışıqlar qrupuna Putinin köməkçisi Vladimir Medinski və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edirlər. Bunlar ranq etibarilə XİN başçısı Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovdan da aşağı səviyyəli şəxslərdir. Ən əsası isə Medinski başda olmaqla bu şəxslərin çoxu Putinin 2022-ci ildə - müharibənin əvvəlində Ukraynanın kapitulyasiyası ilə bağlı danışıqlara göndərdiyi şəxslərdir.

Nəşr xatırladıb ki, bu danışıqların son sessiyası 2022-ci ilin martında İstanbulda keçirilib və Rusiyanın hərbi məğlubiyyətə uğraması, qoşunlarını Kiyevdən və Ukraynanın şimalındakı digər ərazilərdən çıxarması, buna baxmayaraq, aşkar kapitulyasiya tələb etməsi fonunda dayandırılıb.

Bütün bunlara rəğmən, “Reuters” xəbər verir ki, ABŞ-nin Türkiyədəki nümayəndə heyətinə dövlət katibi Marko Rubio, yüksək səviyyəli elçilər Stiv Uitkoff və Keyt Kelloq daxildir. Bu da ABŞ-nin və Ukraynanın görüşə daha ciddi yanaşmasından xəbər verir.

Qeyd edək ki, Donald Trampın özü də yaxın günlərdə “Ukrayna ilə bağlı yaxşı xəbər olacağını” deyib. Bu baxımdan, əksər ekspertlər qarşıdakı həftəni kritik vacib dönəm hesab edirlər. Bu gözləntilərin nə dərəcədə özünü doğruldacağı yaxın günlərdə məlum olacaq…

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri