Icma.az
close
up
RU
Tramp niyə Rusiyaya qarşı heç bir addım ata bilmir? (ŞƏRH)

Tramp niyə Rusiyaya qarşı heç bir addım ata bilmir? (ŞƏRH)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Trampın Rusiyaya qarşı heç bir addım ata bilməməsi və yaxud atmaq istəməməsinin əsl səbəbi bu yükü Avropa ölkələrinin üzərinə atmaq cəhdi ilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə ABŞ prezidenti Donald Trampın Putin və Rusiyaya qarşı heç bir addım ata bilməməsinin səbəbini şərh edərkən deyib. 

Arzuxan Əlizadə bildirib ki, Putinin sülh istəməməsi aydındır:

"O, öz qərarlarında israrlıdır. İşğal etdiyi əraziləri Rusiya ərazisi kimi qəbul etdirməyi hədəfləyib. O, həmçinin Ukraynanı öz patronajlığı altında saxlamağı düşünür. Putin atəşkəsə də getmir. Danışıqlar da nəticəsiz yekunlaşıb. Bayden adminstrasiyası dövründə Amerika Ukraynaya açıq dəstək göstərirdi. Amma Tramp bu məsələyə fərqli yanaşdı. O, ilk gündən Ukrayna və onun prezidentini sıxışdırmaq siyasəti yürütdü. Putinlə xoş münasibətlərinin olduğunu və buna əsasən də müharibəni dayandıra biləcəyini bəyan etdi. Lakin görünən odur ki, Putin Trampın istəklərinə cavab vermir".


Deputat qeyd edir ki, Tramp bu yükü Avropanın üzərinə atmaq istəyir:

"O haqlı olaraq bildirib ki, Amerika Rusiya təhdidlərindən kifayət qədər uzaqdadır. Ona görə də bundan daha çox Avropa narahat olmalıdır və bu səbəbdən məhz "köhnə qitə" Ukraynaya dəstək məsələsində ən öndə olmalıdır. Nəticədə artıq görürük ki, Avropa həm Ukraynaya dəstəyi artırır, həm də öz müdafiə qabiliyyətlərini gücləndirmək üçün daha artıq vəsait ayırmağı hədəfləyib. Belə açıqlamalarla Tramp görüntü olaraq guya Putinə qarşı yumşaq siyasət yürüdür, amma əslində bu Avropanı silkələmək məqsədi daşıyan bir siyasətdir. Buna da o, müəyyən qədər nail olub. ABŞ-ın siyasəti ona yönəlib ki, Rusiya bu proseslə daha zəif duruma düşsün".

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyun 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri