Icma.az
close
up
RU
Heç kim Rusiyaya əhəmiyyət verməyəcək ŞƏRH

Heç kim Rusiyaya əhəmiyyət verməyəcək ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Fransa Ordusunun Baş Qərargah rəisi general Pyer Şill deyib ki, Fransa “təhlükəsizlik zəmanəti” çərçivəsində 2026-cı ildə Ukraynaya qoşunlarını göndərməyə hazırdır.

Fransanın belə bir addım atması mümkündürmü?

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, hazırda beynəlxalq məkanda müzakirə olunan əsas mövzulardan biri məhz Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsidir:

"Həm Amerika Birləşmiş Ştatları, həm də Qərb bütövlükdə Ukraynanın gələcək təhlükəsizlik zəmanətlərini məhz Ukraynaya hərbi kontingent yerləşdirməklə həll etmək niyyətindədirlər. Ancaq Rusiya bu variantla heç bir şəkildə razılaşmaq istəmir. Kreml iddia edir ki, Ukraynaya yerləşdiriləcək qüvvələr sülhməramlı qüvvələr adı altında NATO qoşunları olacaq və bu, Rusiya üçün qəbulolunmazdır".

Onun fikrincə, Kreml müxtəlif manipulyasiyalar etməklə həm savaşı uzatmaq, həm də Qərbi Rusiyanın şərtləri ilə razılaşmağa məcbur etməyə çalışır.

"İndiki situasiyada Fransanın gündəmə gətirdiyi bu variantın reallaşma ehtimalı hələlik o qədər də inandırıcı görünmür. Bu variant, yəni Ukraynaya Qərb ölkələrinin hərbi kontingentlərinin yerləşdirilməsi variantı o halda reallaşa bilər ki, Rusiya ciddi şəkildə zəifləyərək sülh masasında oturmaq məcburiyyətində qalmış olsun və geri çəkilmək məcburiyyətində qalsın. Bu halda, böyük ehtimalla Rusiya bu varianta etiraz edə bilməyəcək. Hətta etiraz etsə belə, heç kim Rusiyaya əhəmiyyət verməyəcək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri