Icma.az
close
up
RU
Tramp Rusiyaya qarşı sanksiyaya axıra qədər dəstək verəcəkmi? (ŞƏRH)

Tramp Rusiyaya qarşı sanksiyaya axıra qədər dəstək verəcəkmi? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Trampın yaxın gələcək üçün Rusiyaya qarşı sanksiyalara sona qədər dəstək verəcəyi inandırıcı görünmür". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ prezidenti Donald Trampın qolf oyunu zamanı senator Lindsi Qremin Rusiyaya qarşı sanksiyasına dəstək ifadə etməsini şərh edərkən deyib. 

"Bu, Tramp siyasətinin özünəməxsusluğudur. O, oyun oynayır. Rusiya ilə diplomatik təmasların davam etdirilməsi Tramp hakimiyyəti üçün əsas prioritetlərdən biridir. Ona görə Tramp fəaliyyətini məhz bu istiqamətdə qurub", deyə Taleh Əliyev bildirib.

Tramın Moskvaya qarşı mövqeyi sərt şəkildə dəyişərsə, rusiyapərəst Şərqi Avropa ölkələrinin sərgiləyəcəyi mövqeyə gəldikdə, ekspert onların seçim qarşısında qaldıqda üzvü olduqları bloku dəstəkləyəcəklərini düşünür: 

"Vəziyyət kritik həddə çatarsa, Rusiyanın Ukrayna cəhbəsindəki iri miqyaslı hərbi əməliyyatları digər sovet respublikaları, o cümlədən Baltik ölkələrinə də ciddi təhdid yaradarsa, bu halda Tramp adminstrasiyasının həmin sanksiyaları açıq şəkildə dəstəkləməsi rusiyapərəst Şərqi Avropa ölkələrinin mövqeyində də mühüm dəyişikliklərə gətirib çıxaracaq. Bu ölkələr güclü ABŞ və onun Qərb müttəfiqlərilə Rusiya arasında seçim etmək zorunda qalacaqları təqdirdə, heç şübhəsiz mənsub olduqları düşərgəni, Qərb blokunu dəstəkləyəcəklər. Ona qədər isə həmin ölkələr Rusiya ilə təmaslarını davam etdirəcəklər".


Qeyd edək ki, Respublikaçı senator Lindsi Qrem ABC telekanalına müsahibəsində prezident Donald Trampın Kremlə qarşı sərt addımlar atmağın vaxtının çatdığını düşündüyünü deyib: "Dünən ilk dəfə idi ki, biz qolf oynayanda prezident mənə dedi ki, irəli getməyin vaxtıdır".

Senator qeyd edib ki, hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi müzakirə olunur və ABŞ Senatının iyul ayında bu sənədi gündəliyə çıxaracağı gözlənilir. Onun sözlərinə görə, əgər Konqres qanun layihəsini qəbul edərsə, Tramp onu imzalamağa hazırdır.

Qanun layihəsinin əsas məqamlarından biri Rusiyanın enerji resurslarını alan ölkələrə 500%-lik rüsum tətbiq edilməsidir. Bu tədbir Çin, Hindistan, Türkiyə, Braziliya, Cənubi Koreya, Tayvan, Yaponiya və Avropa İttifaqı ölkələrinə təsir göstərə bilər.

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyun 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri