Icma.az
close
up
RU
Tramp niyə Zelenskiyə nifrət edir?

Tramp niyə Zelenskiyə nifrət edir?

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Əslində, Rusiyanın təhrik edildiyi Ukraynaya təcavüzkar müharibəsi qısa zamanda bitməsi planlaşdırıldı. Ukraynanın təslim olması əvvəlcədən düşünülmüş və ABŞ - ın gözləntisi idi. Rusiyanın Ukraynaya hücuma hazırlığı dövründə, yəni 24 fevral 2022-ci il tarixə qədər, o zaman ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskiyə təslim olmağı və hətta Ukraynadan qaçmağı israr edirdi. Fransa prezidenti Emanuel Makron da son anda Ukraynaya səfər edərək Zelenskidən təslim olmağını istəyirdi. Artıq üç ildən çox gedən Rusiya Ukrayna müharibəsinə Fransanın Ukraynaya hərbi yardımın da formal xarakter daşımasının səbəbi də bu idi. Həmçinin, Fransa Rusiya - Ukrayna müharibəsinin ilk anlarından Avropanın təhlükəsizliyini təmin etmək üçün NATO-dan kənar hərbi blokunun yaradılmasına çalışması səbəbi də, ABŞ-ın Ukraynanı bölüşdürmək planından məlumatlı olması idi. Artıq Avropa ölkələrinə bəlli idi ki, ABŞ öz maraqları üçün NATO blokları üzrə öz müttəfiqlərini qurban verməyə hazırdır. Böyük Britaniyanın da Rusiya - Ukrayna müharibəsinə ABŞ-dan çox fərqli münasibətinin səbəbi də ABŞ-ın Ukrayna ilə bağlı dəhşətli planından narazı olması idi.
Ancaq, Ukrayna xalqı, prezident Zelenski Rusiya aqresiyasına öz dirənişi və mübarizəsi ilə ABŞ-ın Ukrayna ilə bağlı planlarını, gözləntilərini məhv etdi. Eləcə də Rusiyanın.
ABŞ Çinin güclü inkişafını əngəlləmək, iqtisadi və texnaloji baxımdan rəqabətə davamlılığı üçün yeni və əlavə resurslara çox ciddi ehtiyacı var. Özü də, həmin resursları ABŞ təmənnasız əldə etməlidir ki, Çinlə mübarizəsi daha əlverişli olsun. Rusiyanın Ukraynaya təcavüzündə Ukrayna qısa zamanda da təslim olduğu halda, Ukrayna ABŞ və Rusiya arasında faktiki iki hissəyə bölünəcəkdi. ABŞ bölgüdən qalan Ukraynanı və onun bütün resurslarını əldə edib onu öz real müstəmləkəsinə çevirəcəkdi. Donald Trampın və administrasiyasının Ukrayna üzərinə getməsi və ondan müstəmləkə mahiyyətli təbii resurslarla bağlı müqavilə tələbi də, məhz ABŞ-ın Rusiya - Ukrayna müharibəsi ilə planlaşdırdığı son nəticəni əldə etmək istəyidir. Ukrayna, Qrelandiya, Panama da ABŞ-ın Çinlə mübarizəsinə vasitədir. Yəni, Donald Tramp da ABŞ dövlət siyasətini, mahiyyət etibarıı ilə Co Baydenin işini davam etdirir, ancaq fərqli çalarlarla.
ABŞ Ukrayna vasitəsi ilə Rusiyanı təcavüzkar müharibəyə təhrik etməklə Ukraynanın qısa zamanda məğlubiyyətinə hesab götürmüşdü. Ukrayna prezidenti Zelenskiyə öz siyasi iradəsi ilə Rusiyanln qlobal hərbi güc mifini məhv etdi, ABŞ - ın isə Ukraynanı asanlıqla "mənimsəməsinə" imkan vermədi. Zelenski Putinin və həm də Trampın şəxsi düşməninə çevrildi. Rusiya və ABŞ - nı Ukraynada bir nəticədən fərqli hədəfli marqarı birləşdir. ABŞ - dan gələn son məlumatlara görə, ABŞ Ukrayna ilə istədiyi təbii ehtiyatlarla bağlı müqaviləni tez bir zamanda imzalamalıdır. Ancaq, ABŞ ilkin variantda tələb etdiyi müqaviləyə Ukraynanın təhlükəsizliyi ilə bağlı müddəanın da daxil ediləcəyi gözlənilir.
Ukrayna ilə ABŞ arasında həmin o müqavilənin imzalanmasının reallaşması ərəfəsində ABŞ elan etdi ki, Ukrayna - Rusiya arasında atəşkəsin, sülhün əldə edilməsi ilə bağlı danışıqlar nəticə verməsə geri çəkiləcək. Qısası ABŞ bu müharibədən qazancını götürür, Ukraynanın öz taleyi isə heç kimi maraqlandırmır. Ukrayna ABŞ-la istədiyi müqaviləni imzalasa da, bir bir müddətdən sonra razılaşmadan imtina edəcək. Səbəb: Ukraynanın nəinki Rusiya, həm də ABŞ - la bərabər səviyədə danışmağa qədər dirçəlməsi şübhəsizdir.
Vüqar Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri