Tramp Zelenskiyə qəzəblənib
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə qəzəblənib və rəsmi Kiyevin Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri dayandırmasını gözləyir.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəsmilərindən biri "Axios" portalına məlumat verib.
Adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə görə, "Tramp həqiqətən də qəzəblidir". O əlavə edib ki, ABŞ Prezidenti Zelenskinin Vaşinqtonun Kiyevə dəstəyini adi hal kimi qəbul etdiyini düşünür.
Qeyd olunub ki, cümə günü Rusiya ilə dizel yanacağına qarşı sanksiyaların ləğvi barədə razılaşma əldə edildikdən sonra da Tramp Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının dayandırılmasına diqqət yetirir. ABŞ lideri hesab edir ki, bu zərbələr ölkəsində yanacağın qiymətinin artmasına səbəb olur.
"Axios"un yazdığına görə, Kiyevin bu cür hücumları Tramp ilə Zelenski arasındakı münasibətlərə də mənfi təsir göstərir.
Bundan əvvəl Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edib. Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ Prezidenti Zelenskinin bu razılaşmaya əməl edəcəyini gözləyir. Tramp oktyabrın 10-da bildirib ki, ABŞ dəfələrlə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələr endirməməyi tələb edib, lakin Ukrayna Prezidenti bu çağırışlara məhəl qoymayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Oktyabr 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















