Tramp “Nvidia”nın rəhbəri postuna Tim Kuku təklif edib
Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp “Nvidia”nın rəhbəri postuna Tim Kuku təklif edib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətindəki vəzifələrindən istefa verən Censen Huangın yerinə “Apple”ın İdarə Heyətinin sədri Tim Kukun təyin olunmalı olduğunu bildirib.
Tramp “Truth Social” hesabında paylaşım edərək Huangın “möhtəşəm” işlər gördüyünü qeyd edib. O, “Censen Huang istefa verdiyinə görə onun yerini tuta biləcək yalnız bir nəfər var – “Apple”dan Tim Kuk. Bir əfsanəni başqa bir əfsanə əvəz edir”, – deyə yazıb.
ABŞ-nin çip istehsalçısı “Nvidia” daha əvvəl Huangın şirkətin sədri, baş icraçı direktoru (CEO) və İdarə Heyətinin üzvü vəzifələrindən dərhal qüvvəyə minməklə ayrıldığını açıqlamışdı.
Şirkətin sədr müavini və maliyyə direktoru Kolet Kressin müvəqqəti baş icraçı direktor vəzifəsini icra etməyə razılıq verdiyi bildirilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Noyabr 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















