Icma.az
close
up
RU
Tramp planı

Tramp planı

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.


İki ildən çox müddət Yaxın Şərqdəki müharibəyə cəmlənən dünya ictimaiyyəti nəhayət yenidən “sülh” mövzusuna qayıdır. 

Missiya.Az "Haber Global"-a istinadən xəbər verir ki, girovların azad edilməsi, bəzi fələstinli məhbusların evlərinə dönməsi və İsrailin Qəzzaya qarşı bombardmanlarının dayandırılması xəbərləri ilk baxışdan müsbət addımlardır. Lakin bu inkişaflar uzunmüddətli sülhün təmin olunması üçün kifayət etməyə bilər.

2025-ci ilin yanvarında əldə olunmuş atəşkəsdən sonra ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planı, Fransa və Səudiyyə Ərəbistanının Fələstin Dövlətini tanımaq təşəbbüsü ilə regional liderlər arasında prioritet mövzuya çevrilib. Tramp planına Trampın kürəkəni Jared Kushner, Yaxın Şərq üzrə xüsusi nümayəndə Steven Witkoff, həmçinin Tony Blair və Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı daxil ola bilər.

İsrail parlamentində çıxış edən Tramp planını “İsrail və dünya üçün fövqəladə qələbə” və “yeni Yaxın Şərqin tarixi şəfəqi” kimi qiymətləndirib. Lakin ekspertlər və regional diplomatlar planın Qəzza, Fələstin və İsrail üçün qalıcı sülh gətirəcəyinə şübhə ilə yanaşır.

Tramp-Blair planının əsas məqamları

Plan girovların azad edilməsi, HƏMAS-ın siyasi və hərbi cəhətdən məhv edilməsi, bombardmanların dayandırılması və “Fələstin Dövləti”nə yolun açılması kimi addımları nəzərdə tutur. Lakin “Fələstin Dövləti”nin sərhədləri, paytaxtı və yurisdiksiyası dəqiq müəyyən edilməyib. İordan çayının qərb sahilindən isə ümumiyyətlə bəhs edilmir. ABŞ və İsrail hələ də Fələstini tanımır, İsrail isə Qəzzadan tam çəkilməyəcəyini bəyan edib.

Tony Blair-in “Qəzza Rivierası” adlı planı beynəlxalq təhlükəsizlik qüvvələrinin bölgədə nəzarət rolunu gücləndirməyi, fələstinlilərə isə yalnız yerli idarəetmədə iştirak verməyi təklif edir. Bu isə yeni bir növ müstəmləkəçilik vəsiyyəti kimi qiymətləndirilir.

HƏMAS-dan ehtiyatlı münasibət

HƏMAS ABŞ-nin planına ehtiyatla yanaşır, atəşkəsi qəbul etsə də, tərksilah məsələsində sərt mövqedədir. Hərəkat İsrailin Qəzzadan çıxmasını, blokadanın sona çatmasını və təhlükəsizliyin təmin olunmasını tələb edir. Beynəlxalq qüvvələrin kimlər tərəfindən təşkil ediləcəyi isə hələ də aydın deyil.

“Güclülərin sülhü” perspektivi

Tramp və İsrail Baş naziri Benyamin Netanyahu planı İsrailin gücünü artırmaq və bölgədə “Gaza Inc.” kimi iqtisadi zonanı formalaşdırmaq üçün bir vasitə kimi görürlər. Lakin ekspertlər bildirir ki, bu yanaşma davamlı sülh gətirməyəcək, sadəcə müharibənin yeni formalarını yarada bilər.

Fələstin xalqının mövqeyi və regionun gələcəyi

İsrail-Fələstin münaqişəsinin kökündə Fələstinin varlığının sistematik inkarı dayanır. 1948-ci ildən bəri minlərlə fələstinli qaçqın vəziyyətinə düşüb və onlar nə İsrail, nə də ərəb ölkələri tərəfindən tam hüquqlu vətəndaş kimi tanınmayıblar.

Beynəlxalq hüquqa, 1967-ci il sərhədlərinə və digər fundamental məsələlərə toxunmayan sülh planları isə münaqişənin həllində yetərli deyil. Ekspertlər bildirir ki, həqiqi sülh yalnız qarşılıqlı varlığın və hüquqların tanınması ilə mümkündür.

Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://missiya.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri