Tramp polis qətllərinə görə ölüm cəzası tətbiq edəcəyinə söz verib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp polis qətlinə görə ölüm cəzasının tətbiqi ilə bağlı sərəncam imzalayacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, ABŞ Konqresindəki çıxışı zamanı deyib.
“Bu axşam mən Konqresdən xahiş edirəm ki, bu siyasəti daimi qanunda təsbit etsin”, - deyə dövlət başçısı iclasda iştirak edənlərə müraciətində bildirib.
Donald Tramp dəfələrlə polis əməkdaşlarını öldürməkdə təqsirli bilinənlər üçün ölüm hökmünün tətbiq edilməsinin tərəfdarı olduğunu söyləyib.
O, ilk prezidentlik dövründə müvafiq fərmanı imzalayacağını vəd edib. Tramp son seçki kampaniyası zamanı da dəfələrlə bu məsələyə qayıdıb.
Qeyd edək ki, bu mövzu ilə bağlı müzakirələr keçən ilin yazında Nyu-York detektivi Conatan Dillerin avtomobilə müntəzəm baxış keçirməyə cəhd edərkən öldürülməsindən sonra intensivləşib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 05 Mart 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















