Tramp prezident maaşından və pensiyasından imtina etdi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Donald Tramp ikinci prezidentlik müddətində dövlət başçısının hesabına bütün maddi imtiyazlardan imtina etmək niyyətində olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki. bu barədə Tramp NBC kanalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ prezidenti üçün nəzərdə tutulan illik 400 min dollar maaşı almayacaq, prezidentin pensiyasından da imtina edəcək.
“Bir qəpik də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - Tramp vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, o, bəlkə də Corc Vaşinqtondan başqa işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilər.
Qeyd edək ki, ilk səlahiyyət müddətində Tramp prezidentlik maaşından imtina etmiş, pulları xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəltmişdi.
Baxış sayı:140
Bu xəbər 11 Dekabr 2024 02:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















