Tramp prezidentlik estafetini kimə ötürəcək? İki ad önə çıxdı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Bu adlar gələcəkdə prezident ola bilər!” – ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə öz siyasi kursunu davam etdirə biləcək şəxslər barədə danışıb.
Globalinfo.az xəbər verir ki, o, “NBC News” kanalına verdiyi müsahibədə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu mümkün varislər kimi göstərib.
“Bu barədə danışmaq hələ tezdir, amma mənim vitse-prezidentim var. Cey Di fantastik iş görür. Marko Rubio isə möhtəşəmdir”, – deyə Tramp bildirib.
Eyni zamanda Tramp qeyd edib ki, Respublikaçılar Partiyasında prezidentliyə namizəd ola biləcək çox sayda yaxşı insan var.
Xatırladaq ki, bundan əvvəl Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacağını, 2028-ci ildə isə “ideal halda – böyük bir respublikaçıya” estafeti təhvil verəcəyini açıqlamışdı.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:138
Bu xəbər 04 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















