Icma.az
close
up
RU
Tramp Putin görüşünün əsas ssenarisi nə olacaq? Markovdan ÖZƏL AÇIQLAMA

Tramp Putin görüşünün əsas ssenarisi nə olacaq? Markovdan ÖZƏL AÇIQLAMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Dünyada baş verən son hadisələrə əsaslanaraq, Donald Tramp və Vladimir Putin arasında gözlənilən sammitin mart və ya aprel ayında baş tutacağı gözlənilir. Bu görüşün keçiriləcəyə biləcəyi ölkələr arasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) göstərilir. Çünki bu ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçıları deyil. Başqa ölkələrdə Vladimir Putinin həbsi məsələsi var”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Ukrayna savaşı başa çatır?
Putinlə Tramp arasında telefon danışığını, liderlərini görüşünü və Ruisya-Ukrayna müharibəsinin bundan sonrakı taleyini şərh edən analitik savaşın tez zamanda başa çatacağına ümidlərin az olduğunu bildirib.
“Sammitin əsas mövzuları arasında Ukraynadakı müharibə, Yaxın Şərqdəki vəziyyət və beynəlxalq münasibətlər ola bilər. Trampın komandasının Rusiya və Ukrayna ilə danışıqlar apardığı, görüşlərin müsbət inkişaf etdiyi bildirilsə də, müharibənin tez bir zamanda başa çatacağına dair ümidlər azdır. Mümkün olan sammitdə Rusiya və ABŞ arasında Ukraynada sülhün təmin olunması ilə bağlı razılaşma əldə edilməsi ehtimalı mövcuddur. Amma bu ehtimal çox azdır.
Hazırda Rusiya və ABŞ arasındakı mövqelər arasındakı fərqlər çox böyükdür, buna görə də yaxın zamanda əhəmiyyətli bir irəliləyiş gözlənilmir. Lakin Donald Tramp 2025-ci ilin 20 aprelində, həm pravoslav, həm də katolik-protestan təqvimləri ilə eyni zamanda qeyd olunan Pasxa bayramına qədər sülh razılaşması əldə etmək istəyir”, - deyə S.Markov deyib.
Görüşün əsas müzakirə mövzusu
Markov qeyd edib ki, Putinlə Tramp arasındakı görüşdə əsas müzakirə mövzusu nüvə müharibəsi olacaq:
“Buna baxmayaraq, Moskva bu məsələyə böyük bir həvəs və ümidlə yanaşmır və Rusiya hakimiyyətində bu cür razılaşmaların əldə edilməsi ilə bağlı ciddi bir ehtimala inam azdır. Sammitdə əsas müzakirə mövzusu, ABŞ ilə Rusiya arasında nüvə müharibəsinin qarşısını almaq üçün gərginliyin azaldılması olacaq.
ABŞ-da, xüsusən Trampın seçiciləri arasında, Ukrayna münaqişəsinin yalnız Rusiya ilə əlaqəli deyil, həm də ABŞ ilə Rusiya arasındakı proksi müharibəsi olduğu geniş şəkildə qəbul edilir. Bu münaqişənin eskalasiyası, xüsusən ABŞ-ın Ukraynaya təqdim etdiyi "ATACMS" raketləri ilə əlaqədar narahatlıq doğurur. Bu raketlər, əslində, ABŞ-ın hərbi qüvvələri tərəfindən idarə olunur, çünki onlar üçün lazım olan peyk nəzarəti Ukrayna qüvvələrində yoxdur, buna görə də bu, ABŞ-ın Rusiya ərazisinə qarşı birbaşa təcavüzü kimi qəbul edilir”.
“Kiyev ABŞ ordusunun Ukraynaya yerləşdirilməsini istəyir”
Trampın məqsədi, bu gərginliyi azaltmaq və konfliktin nüvə müharibəsinə səbəb olmasının qarşısını almaqdır:
 

“Həmçinin, sammitdə Ukrayna böhranı ilə bağlı təfərrüatlar müzakirə ediləcək və tərəflər münaqişənin həlli üçün yollar axtaracaq. Eyni zamanda, bu görüşün Yaxın Şərq böhranı və ənənəvi dəyərlərin möhkəmləndirilməsi kimi digər məsələləri də əhatə etməsi mümkündür.


Ukrayna, xüsusilə prezident Volodimir Zelenski və onun komandası, ABŞ-dan bir neçə əsas gözlənti irəli sürür. Birincisi, onlar Ukraynanın NATO-ya üzv olmasını və bununla da ABŞ və digər NATO üzv dövlətlərinin hərbi dəstəyini gözləyirlər. Zelenski, Amerika hərbi qüvvələrinin Ukraynada yerləşməsini və münaqişədə Rusiya ilə mübarizəyə qoşulmalarını istəsə də, bu ehtimal hazırda real deyil”, - deyə S.markov əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri