Tramp: Putin və Zelenskinin münaqişəyə son qoymaq istədiklərinə əminəm
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp əmindir ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişəyə son qoyulmasını istəyirlər.
APA xəbər verir ki, Tramp bu barədə çərşənbə axşamı Ağ Evdə Hindistanın Divali bayramı münasibətilə keçirilən tədbirdə bildirib.
"Mən Putinin bunun bitməsini istədiyinə inanıram. İnanıram ki, Zelenski də bunun bitməsini istəyir. Və mən bunun bitəcəyinə inanıram", - o deyib.
ABŞ prezidenti Ukrayna münaqişəsinin əvvəllər III Dünya Müharibəsinin başlamasına səbəb ola biləcəyinə inandığını deyib. O bildirib ki, hazırda belə bir təhlükə yoxdur.

Tramp: Putin münaqişəyə son qoymaq istəyir
16 Avqust 2025 03:43
Tramp Putin və Zelenskinin hərəkətlərindən təəccüblənib
12 Sentyabr 2025 17:05
Putin və Zelenskinin bəyanatları Tramp narazı qaldı
01 Aprel 2025 08:00
Qrenlandiyanı alacağıq, əminəm Tramp
30 Mart 2025 10:56
Tramp Putin və Zelenskinin razılaşmaya hazır olduqlarına inanır
04 Aprel 2025 03:01

