Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

TRAMP PUTİNƏ NİYƏ VAXT VERDİ? Real mənzərə Ukrayna Rusiya müharibəsinin uzanacağından xəbər verir

TRAMP PUTİNƏ NİYƏ VAXT VERDİ? Real mənzərə Ukrayna Rusiya müharibəsinin uzanacağından xəbər verir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Donald Trampın Rusiya ilə bağlı önəmli qərarlar verəcəyi gözlənilirdi. Onun Vladimir Putin barəsində söylədiyi sözlərdən sonra isə beynəlxalq mətbuat Ukrayna - Rusiya müharibəsinin yeni və həlledici fazaya qədəm qoyacağından yazırdı. Tramp Putin barəsində “O pis adamdır və çoxlu adam öldürür, ən çox da öz əsgərləri ölür. Mən sanksiyaları ciddi olaraq nəzərdən keçirirəm, Senatın layihəsini öyrənirəm”, demişdi.

ABŞ Prezidentinin Putinin ünvanına səsləndirdiyi ifadələrdən belə anlaşılırdı ki, senator Lindsi Qremin təşəbbüsü ilə Rusiyaya qarşı hazırlanan ağır sanksiyaların qəbul olunmasına razılıq veriləcək. Qrem bu barədə bildirmişdi: “Putinin iqtisadiyyatını və onun hərb maşınını dəstəkləyən bütün ölkələrə zərbə endirmək üçün Trampın əlində böyük çəkic var. Çin, Hindistan və Braziliya Rusiyadan neft, neft məhsulları və digər mallar alır. Putin bu pulları müharibə üçün xərcləyir. Və müharibəni bitirmək üçün bu qanun layihəsi həqiqətən də Trampın əlində olan çəkicdir.”

L.Qremin sözlərindən aydın olur ki, Konqres Trampa qarşı güclü təzyiq göstərir və ABŞ Prezidentinin Rusiya ilə bağlı siyasi xətti elitanı qane etmir. Digər yandan, qətiyyən unutmayaq ki, ABŞ mühafizəkarlarının əksəriyyəti Baydeni Rusiyaya qarşı hədsiz mülayim davranmaqda ittiham edirdilər, indi onların nümayəndəsi olan Prezident Tramp isə yalnız Putindən şikayətlənməklə işini bitmiş sayır. Hazırda istər respublikaçılar, istərsə də demokratlar Trampın Putinlə xoş rəftarından hiddətləndiklərini gizlətmirlər. Artıq mühafizəkarlar Trampın ABŞ-nin dövlət nüfuzuna xələl gətirdiyini əsəbi formada ifadə edirlər. Mövcud vəziyyətin xoşagəlməz istiqamətdə getdiyini görən Tramp manevr edərək müəyyən vaxtadək narazıların başını qatmaq üçün Rusiyanı cəzalandıracağını, ciddi və sarsıdıcı tədbirlərə əl atacağını bəyan etdi.

Ancaq gözlənilənin əksinə olaraq, Tramp cəza vaxtını uzatmaqla Putinə əlavə kart-blanş verdi. Rusiyanı dağıdıcı sanksiyalarla susdurmaq əvəzinə Tramp Avropaya 17 ədəd “Patriot” HHM sistemi verilməsinə və həmin komplekslərin Ukraynaya ötürülməsinə razı olub. Tramp Putinə düşünmək üçün 50 gün möhlət verib. Əgər Tramp böyük dövlət rəhbərinə uyğun davranmasa, Putin təhlükə hiss etməyəcək və iddialarından əl çəkməyəcək. Həqiqətən, ilk dəfədir ki, Tramp Rusiyaya sərt formada xəbərdarlıq mesajı verdi. Lakin Trampın Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı tətbiq edilməsi nəzərdə tutulan gömrük rüsumlarını təxirə salması lüzumsuz vaxt itkisi olmaqla yanaşı, ABŞ Prezidentinin əlli gündən sonra müxtəlif bəhanələrlə sözünün üstündən “sürüşüb” qaçacağına da bir işarə deyilmi? Verdiyi vədi yerinə yetirməyən təkcə Tramp deyil, avropalılar da bu cür edirlər. Məsələn, Almaniya kansleri Fridrix Merz Ukraynaya qanadlı “Taurus” raketləri verəcəyini bəyan etmişdi, lakin indi Almaniya müdafiə naziri Boris Pistorius Ukraynaya “Taurus” raketlərinin yollanılmayacağını bildirib.

Yeri gəlmişkən, ABŞ “Şahed” dronlarını vurmaq üçün Ukraynaya “APKWS” raketləri vəd etsə də, sonradan deyiblər ki, onları Fars körfəzinə göndərəcəklər. Biz bundan sonra ABŞ və Avropadan gələn çoxsaylı vədlərlə üzləşəcəyik və sözsüz ki, bu məsələdə KİV-lər xüsusi rol oynayacaq, reallıqda isə heç nə olmayacaq. Məsələn, “The Washington Post” qəzeti yazır ki, Donald Tramp Ukraynaya uzaqmənzilli (1600 km) “Tomaqavk” qanadlı raketlər göndərliməsini nəzərdən keçirir.

Trampın son siyasi gedişlərindən çıxan ümumi nəticə ondan ibarətdir ki, Rusiyanın müharibəni qaldığı yerdən və öz istədiyi strateji xətt üzrə davam etdirməsinə imkan yaradılır. Eyni zamanda Tramp Putinə bildirmək istəyir ki, dünyanın real gücü ABŞ-dir və ən kritik məqamda həlledici sözə sahibdir, ancaq hələlik Ukraynada gedən müharibədə Rusiyaya mane olunmayacaq. Bundan sonra Rusiya müharibə ilə bağlı rəqibin taqətdən salınması strategiyasını davam etdirəcək. Kremlin bundan başqa digər ehtiyat variantı yoxdur. Rusiya öz insani, iqtisadi və texnoloji resursunu uzunmüddətli müharibə üçün səfərbər etməklə məşğuldur. Vladimir Putinin köməkçisi Vladimir Medinski Rusiyanın hələ xeyli müddət döyüşmək qabiliyyətində olmasını söyləyərək, 1700-1721-ci illərdəki Şimal müharibəsini nümunə çəkib. Bəlkə də Rusiyanın arxayın olduğu ən mühüm məqam isə pərdə arxasında gedən hansısa gizli sövdələşmələr ola bilər.

ABŞ gözlənilmədən bu sövdələşməni pozub Rusiyanı diz üstə çökdürər, amma hələ ki, real mənzərə bu müharibənin uzanacağından xəbər verir.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyul 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see216

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see159

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see150

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see145

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see144

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see138

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri