Icma.az
close
up
RU
TRAMP PUTİNƏ “YAŞIL İŞIQ” YANDIRDI... ABŞ Prezidenti üçün biabırçı AÇIQLAMALAR

TRAMP PUTİNƏ “YAŞIL İŞIQ” YANDIRDI... ABŞ Prezidenti üçün biabırçı AÇIQLAMALAR

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Trampi nədən öz kəşfiyyatına yox, Putinə istinad edir?

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanın guya Vladimir Putinin Novqorod vilayətindəki (Valday) dövlət iqamətgahına hücum etdiyi iddialarına dair açıqlama verib.

"Düzünü desəm, bu barədə heç nə bilmirəm. Bu barədə sadəcə eşitmişəm, amma belə desək, bu barədə heç nə bilmirəm. Bu, çox pis olardı, heç yaxşı olmazdı", - Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə deyib.

Bununla yanaşı, Tramp Putinlə söhbəti barədə danışıb və onun sözlərinə görə, Putin son söhbətində ona "hücum edildiyi" barədə şəxsən məlumat verib: "Prezident Putin bu barədə mənə səhər tezdən danışdı. O dedi ki, ona hücum ediblər. Bu, qəbuledilməzdir. Qətiyyən qəbuledilməzdir. Unutmayın ki, mən Ukraynaya “Tomaqavk” raketlərinin tədarükünü dayandırdım".

Tramp Putinlə son söhbətinin “çox yaxşı” keçdiyini əlavə edib: "Biz söhbətimizi bitirəndə Rusiyada saat 2:30 idi. Çox yaxşı söhbətimiz oldu. Bizim vaxtımızla səhər saat 8-də danışırdıq və bu, çox məhsuldar bir söhbət idi".

Tramp qeyd edib ki, Putinlə söhbəti zamanı "bir neçə çox çətin məsələni" müzakirə ediblər.

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Rusiyanın Kiyevdəki hökumət binalarına hücumlar üçün zəmin hazırladığını bildirmişdi.

Rusiya Xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin guya Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına hücum etməyə cəhd etdiyini bildirib. Guya “hücumda” iştirak edən 91 PUA-nın hamısı vurulub.

Lavrov həmçinin Rusiyanın "cavab zərbəsi üçün vaxtı və hədəfləri müəyyən etdiyini" bildirib. Zelenskinin sözlərinə görə, Moskvanın bu son dərəcə təhlükəli açıqlamaları açıq şəkildə Ukraynanın ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə işinin bütün nailiyyətlərini sarsıtmağa yönəlib.

Əslində isə Trampın Putindən eşitdiklərini baş vermis fakt kimi təqdim etməsi, hətta açıq şəkildə Ukraynanı günahlandırması olduqca müəmmalı və ABŞ başçısı üçün biabırçı görünür. Tramp faktiki olaraq ABŞ kəşfiyyatına yox, Putinə istinad edir. Valdaya guya edilən hücumun doğruluğunu yoxlamaq ABŞ üçün problem deyil. Lakin göründüyü kimi, Tramp bunu etmədən birbaşa “iki sözündən üçü yalan olan” Putinə istinad edir və bununla da Rusiyanın Kiyevdəki hökumət binalarına raket zərbələrinə - eskalasiyaya “yaşıl işıq” yandırır. Hətta belə təəssürat yaranır ki, Tramp-Putin telefon danışığında əldə olunan əsas “razılaşma” məhz Kiyevdəki hökumət binalarını bombalamaq və bununla Zelenskiyə, Ukraynaya təzyqiləri artırmaq olub…

Ortada Valdaya hücuma dair heç bir ciddi fakt, videogörüntü, PUA qalıqları və s. yoxdur. Yalnız yalan, saxtakarlıq iliyinə qədər işləmiş Lavrovun və Putinin bəyanatları var. Ola bilər ki, hansısa saxta, səhnələşdirilmiş görüntülər meydana atılsın. Bu Kreml üçün problem deyil. Lakin bunun əsasında Kiyevin bombalanmasına, “danışıqlarda Rusiyanın öz mövqeyinə yenidən baxmasına” əsas yaratmağa çalışıldığı aydın görünür. Tramp da bu biabırçı səhnədə baş rollarda iştirak edir…

Ən azından Putini vurmaq istəyən tərəf onun “göz bəbəyi kimi” qorunan iqamətgahına qarşı çox vaxt asanlıqla vurula bilən PUA-lardan istifadə etməzdi. Həmçinin, zatən Putinin ümumiyyətlə, orada olmadığı bildirilir. Nəhayət, bu hücum ilk növbədə indiki dönəmdə qətiyyən Ukraynanın maraqlarına uyğun olmazdı.

Beləliklə, yaxın zamanda Kiyevə, onun mərkəzinə güclü raket hücumları gözlənilir. Bu hücum nəticəsində dağıdılacaq binalara görə məsuliyyət, eləcə də ölən və yaralanan insanların qanı təkcə Putinin yox, həm də Trampın üzərində olacaq…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri