Tramp Putinin Ukraynaya hücum etməməyə razılıq verdiyi ilə öyündü və...
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...ABŞ prezidenti Donald Tramp bir daha Rusiya lideri Vladimir Putinin Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmaq tələbini qəbul etdiyini öyünərək bildirib.
SİA xatırladır ki, o, bu açıqlamanı 2 fevralda Oval Ofisdə jurnalistlərə verdiyi açıqlamada bildirmişdi.
...Və bundan sonra Rusiya enerji obyektləri də daxil olmaqla, Ukraynaya daha bir kütləvi raket və pilotsuz təyyarə hücumu həyata keçirib.
...Prezident Putinə zəng etdim və o, razılaşdı. Dedi ki, onlarda da bizimki qədər soyuqdur. Bəlkə də daha soyuqdur. Ukrayna isə çox soyuq ölkədir. Bizdən daha soyuqdur. Bəlkə də Kanada kimi, hətta daha soyuqdur. Ondan bir həftə ərzində Kiyevə və ya başqa şəhərlərə raket atmayacağını soruşdum və o, razılaşdı, - deyə Tramp bildirib.
...ABŞ prezidenti həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq prosesi ilə bağlı "xoş xəbər" tezliklə gələ bilər..?
...Və yeri gəlmişkən,..öyünməklə deyil, 3 fevral gecəsi Rusiya ordusu Ukraynaya birləşmiş raket və pilotsuz təyyarə hücumu edib.
Şiddətli şaxtalara baxmayaraq Rusiya Ukraynanın bir neçə bölgəsində enerji sektorunu hədəfə alıb. Belə ki, Kiyev, Xarkov, Dnepr, Odessa, Vinnitsa, Zaporojye və Pavloqrad hədəfə alınanlar sırasındadır.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Fevral 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















