Icma.az
close
up
RU
Tramp Putinlə görüşə tam hazırlıqsız gedir

Tramp Putinlə görüşə tam hazırlıqsız gedir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp Vladimir Putinlə Alyaskada görüşə hazırlıqsız gedir. 

Prezidentin administrasiyanda Rusiya rəhbərliyinin və onun liderinin niyyətlərini və üsullarını anlayan heç kəs qalmayıb. Ağ Ev bildirir ki, Tramp Putini anlamaq üçün “istedadlı” köməkçilərinə və öz instinktlərinə arxalana bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg”  yazır.

Rusiyanı idarə edən KQB zabiti manipulyasiya üsulları, insanları ehtiyatsız vəziyyətdə yaxalamaq, faktları təhrif etmək və vəziyyəti əlverişli şəkildə təqdim etmək bacarığı ilə tanınır. Co Baydenin dövründə Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə baş direktor vəzifəsində çalışmış Erik Qrin “Financial Times” qəzetinə deyib: 

"Siz onun qurduğu tələlərə düşməməkdən çəkinməli və Putinin ağlabatan kimi təqdim edə biləcəyi, lakin əslində təhrif olduğu bir şeylə razılaşmamalısınız".

Ancaq indi Trampın ənənəvi olaraq digər məsələlərlə yanaşı, mühüm sammitlərin hazırlanmasında, müxtəlif departamentlərdən onlar üçün məlumatların toplanmasının koordinasiyasında iştirak edən Təhqiqatlar Bürosu faktiki olaraq yoxdur. 

“Büronun əvvəllər rəhbərlik etdiyi standart xarici siyasət prosesi böyük ölçüdə məhv edilib”,-deyə  məsələ ilə tanış olan yüksək səviyyəli ABŞ rəsmisi FT-yə bildirib. Milli təhlükəsizlik müşaviri vəzifəsini müvəqqəti olaraq dövlət katibi Marko Rubio yerinə yetirir. 

ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini hələ Senat tərəfindən təsdiqlənməyib. Trampın Rusiya və Ukraynada səfirləri belə yoxdur. ABŞ-nin Bolqarıstandakı keçmiş səfiri Erik Rubin deyir: 

“Əminliklə demək olar ki, Trampın Rusiya və Ukraynanı başa düşəcək və ona məsləhət verəcək bir dənə də mütəxəssis qalmayıb”. 

Putinlə danışıqları əvvəllər daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan xüsusi nümayəndə Stiv Vitkof aparır:

“O, Moskvaya bir neçə səfərindən sonra  Ukrayna məsələsi ilə bağlı Rusiya təbliğatının tezislərini açıq şəkildə təkrarlamağa başlayıb. Vitkoff son aylarda Tramp Putinin Ukrayna şəhərlərini bombalamağa davam etməsindən narazılığını ifadə etməyə başlayanda gözdən itdi, lakin keçən həftə yenidən Moskvaya uçdu və Putinin münaqişənin həlli ilə bağlı yeni təklifini gətirdi.

Bununla belə, Vaşinqton tərəfindən səfər və Alyaskada gözlənilən görüş barədə məlumatlandırılan ABŞ-nin avropalı müttəfiqləri bunun nə olduğunu aydın başa düşə bilmədilər. Xüsusilə, Putinin Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərinin ona verilməsi ilə bağlı səsləndirdiyi tələbdən sonra, məsələn, Xerson və Zaporojye vilayətlərində işğal olunmuş torpaqların taleyinin necə olacağı bəlli deyil”.

“Bloomberg”-in Avropa, Rusiya və Yaxın Şərq üzrə köşə yazarı Mark Çempion deyib: 

"Tələsik təşkil olunmuş görüşlər nadir hallarda istənilən nəticəni verir və Alyaskaya dəvətin açıqlandığı səfərlə ( (Vitkofun Moskvaya səfəri-red.) bağlı hər şey tam xaosdur". ABŞ-nin Polşadakı keçmiş səfiri Daniel Frid Trampın Putinlə gözlənilən görüşü haqqında belə deyib:

“Siz ona və Vitkofa improvizə etməyə icazə verə bilməzsiniz, çünki kifayət qədər məlumatı yoxdur. Masada sadəcə prezidentə baxa bilən, gözlərini zilləyəcək, başını bulayacaq biri olmalıdır.

Trampın ilk dövründə belə şəxslərdən biri də onun Rusiyadakı müşaviri Fiona Hill olub. Ancaq hətta onunla belə, Trampın 2018-ci ildə Helsinkidə Putinlə görüşü o qədər pis keçdi ki, Hill görüşü dayandırmaq ümidi ilə saxtakarlıq etməyi belə düşündü. O zaman Tramp Putinin 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkilərinə müdaxiləyə cəhd etmədiyinə dair verdiyi zəmanəti qəbul etdi”. 

Rusiya ilə bağlı mütəxəssislərin çatışmazlığı başqa məsələlərlə yanaşı, yeni administrasiya tərəfindən həyata keçirilən kütləvi ixtisarlarla izah olunur. İyul ayında Dövlət Departamenti 1300-dən çox əməkdaşını, o cümlədən departamentin kəşfiyyat bürosunda Rusiya və Ukrayna üzrə analitikləri işdən çıxarıb.

Xarici xidmətlər birliyi olan Amerika Xarici Xidmət Assosiasiyasının məlumatına görə, diplomatik korpus da yanvar ayından bəri təxminən 25% kiçilib. Assosiasiyaya 2023-cü ilə qədər rəhbərlik edəcək Rubinin sözlərinə görə, qalanlar arasında mənəviyyat mümkün olduğu qədər aşağıdır.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli FT-yə deyib ki, Rusiya və digər hər bir məsələ ilə bağlı Prezident Tramp həmişə istedadlı milli təhlükəsizlik komandası tərəfindən məlumatlandırılır:  “Nəticədə ölkə üçün ən yaxşı olduğuna inandığı qərarı verir”.

Ağ Ev rəsmiləri “Politico”-ya bildiriblər ki, Tramp Alyaska sammitindən sonra qərar qəbul edərkən öz instinktlərinə əməl edəcək. Bazar ertəsi Prezidentin özü Putinlə görüşü “hiss” adlandırıb. Deyib ki, o, iki dəqiqə ərzində Ukraynadakı münaqişənin həllində irəliləyişin olub-olmadığını anlaya biləcək.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Tramp Putin görüş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see283

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see267

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see261

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see259

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see256

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see255

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see244

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see236

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see233

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see225

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see216

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see210

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see210

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see205

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see196

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see192

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see187

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see180

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see169

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri