Icma.az
close
up
RU
Tramp Putinlə Bakıda görüşə bilər

Tramp Putinlə Bakıda görüşə bilər

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

D.Trampın xüsusi nümayəndəsi Moskvadan Bakıya gəlib

“The Jerusalem Post” yazır ki, Donald Trampın şəxsi nümayəndəsi Steve Witkoff Moskvadan birbaşa Bakıya uçub. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür.

Nəşr xatırladır ki, İsrailin Baş Naziri Benyamin Netanyahu Knessetdəki (parlament) Azərbaycanla bağlı bəyanatından və yüksək səviyyəli ravvinlərin D.Trampa ünvanlandığı dəstək məktubundan sonra proses sürətlənib. 

Rusiyanın RIA xəbər agentliyi Steve Witkoffun Moskvadan Bakıya uçması barədə məlumat yayıb. Rəsmi təsdiq olunmasa da bəzi mənbələr Steve Witkoff-un Vladimir Putinlə gizli danışıqlar apardığını bildirir. 

İsrail-Azərbaycan münasibətlərindən xəbərdar olan mənbələr deyir ki, martın 5-də Baş nazir Benyamin Netanyahunun Knessetdə ölkələr arasında üçtərəfli (ABŞ-İsrail-Azərbaycan) tərəfdaşlığı barədə verdiyi bəyanatdan sonra proses xüsusi vüsət alıb. 

Bu arada yüksək rütbəli ravvinlərin prezident D. Trampa Avraam müqaviləsinin (ing. Abraham Accords)  genişləndirilməsinə və İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsinə çağırış edib. Bu önəmli məktub siyasi və diplomatik dəhlizlərdə böyük rezonans doğurub. Həmin məktub Bakıya olan xüsusi səfərə birbaşa təsir göstərib.

Bakı ABŞ və Rusiya arasında vasitəçi ola bilər.

Təxminən iki ay əvvəl Begin-Sadat Mərkəzi Bakının Vaşinqton və Moskva arasında vasitəçi ola biləcəyi ehtimalını təqdim edən mühüm mövqe sənədi dərc etdi. Nəşr Amerika və İsrail mediasında böyük diqqətə layiq görüldü və bu, cari səfərə xüsusilə məna yükləyib. 

Steve Witkoff-un Moskvadan birbaşa Bakıya səfəri ekspertlərin Azərbaycanın qarşıdakı dövrdə qlobal diplomatiyada əsas rol oynaya biləcəyi ilə bağlı fikirlərini gücləndirir. 

Qəzet məqalənin sonunda bildirir ki, diplomatik dairələr Bakıdakı hadisələri diqqətlə izləyir, adıçəkilən ölkələr arasında üçtərəfli münasibətlərin necə inkişaf edəcəyini gözləyir.

İsrail mediasındakı bu məqalə bir daha onu göstərir ki, Azərbaycan böyük oyunlarda da diqqət mərkəzində olmağı bacarır. Heç şübhəsiz ki, bu, Azərbaycanın yeritdiyi xarici siyasət kursunun uğurundan xəbər verir. 

Elbəyi Həsənli. Sürix

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Mart 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see235

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see234

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see232

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see232

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see229

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see227

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see222

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see208

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see207

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see205

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see199

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see192

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see192

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see192

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see190

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see188

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see187

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see185

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see183

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri