Tramp qərar verdi: Bu şəxs İranla bağlı hər şeyə cavabdeh olacaq KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“ABŞ prezidenti Donald Tramp Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkovu İranla diplomatik təmaslara cavabdeh təyin etməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Portal yazır ki, Trampın bu qərarı İranla yeni nüvə sazişi bağlamaq istəyindən xəbər verir.
Mənbələr bildiriblər ki, Vitkov İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs və girov mübadiləsinin əldə edilməsində mühüm rol oynayıb.
“Axios”un məlumatına görə, İran və “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında yanvarın 13-də Cenevrədə keçirilən danışıqlarda rəsmi Tehran nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















