Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Tramp Rusiya və İranı necə gücləndirir?

Tramp Rusiya və İranı necə gücləndirir?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ, İsrail- İran müharibəsinin bir ayı tamam olduğu zamanda Trampın növbəti günlərdə hansı hərbi, siyasi addım atacağı dünyanın diqqət mərkəzindədir. İndiyədək özünü üstün və nikbin göstərməyə çalışsa da, Trampın psixoloji gərginlikdə olduğu, müharibədən çıxmaq üçün yollar axatrdığı gizli məsələ deyil. Real olaraq savaşın bu mərhələsində İran nə qədər itkilərə məruz qalsa da, strateji hədəfləri vurulsa da, psixoloji üstünlüyə malikdir. Hücumlara, itkilərə dözümlülük göstərməklə yanaşı, İsrail və körfəz ölkələrinə ballistik raketlərlə ciddi dağıdıcı zərbələr endirməsi, Hörmüzü nəzarətdə saxlayaraq dünya iqtisadiyatını iflic etməsi İranın güclü dövlət obrazının formalaşmasına xidmət edir.

İran müharibə dayananadək mövcud psixoloji üstünlüyünü saxlaya bilsə, özünü “qalib” hesab edərək rejimini gücləndirəcək. Molla rejiminin güclənməsi ilk növbədə cəmiyyətə, daxili narazı qüvvələrə qarşı daha sərt siyasət aparacağına əsas verəcək. Bu siyasət yalnız daxilə deyil, bütövlükdə bölgəyə də mənfi təsirini göstərəcək. İran rejimi müharibədən əvvəl bölgəni, xüsusilə qonşu dövlətləri necə təhdid edirdisə, müharibə “qalibi” kimi yenə də ənənəvi siyasətini davam etdirmiş olacaq. Belə vəziyyət yaranmasının və möhkəmlənmə ehtimalının bir günahkarı var- ABŞ Prezidenti Donald Tramp. Tramp yanlış siyasətini yalnız bu müharibədə başlamayıb. O Rusiya-Ukrayna müharibəsinə münasibətdə də ənənəvi Amerika siyasətindən imtina edib, biznes prinsiplərini üstün tutaraq işğalçıya dəstək verəndə də yanlışl idi.

Donald Tramp ikinci dəfə prezidentlik səlahiyyətlərinə başladığı gündən Rusiyanın və prezident Putinin işğalçı siyasətinə açıq dəstək verdi. Paralel olaraq işğala məruz qalan Ukraynaya və onun prezidenti Zelenskiyə Ağ Evdə təzyiq göstərməklə Rusiyanın əl qolunu açdı və özünü güclü hiss edən Kreml lideri işğalı daha sərt və dağıdıcı şəkildə bu günə kimi davam etdirir.

Rusiya işğalına loyal münasibət göstərib Ukraynaya təzyiq etməklə Zelenskinin güzəştə məcbur edəcəyini planlayan ABŞ prezidenti Çinlə Rusiyanı bir-birindən ayrı salacağını, Rusiyanı öz tərəfinə çəkib Çinə qarşı ondan istifadə edə biləcəyini zənn edirdi. Çin və Rusiya dünən də, bu gün də birlikdədir. Trampın strateji Çin hədəfi demək olar ki, iflasa uğrayıb. İran müharibəsi ərəfəsində Çinə səfər planlaşdıran Tramp elə bilirdi ki, Xameneyini öldürməklə İranda rejim devriləcək və Pekinə qalib dövlət başçısı kimi gedəcək, Çinə şərtlər irəli sürəcək. Yenə alınmadı.

Tramp Hörmüzdə böhran yaranacağını hesablamadan müharibəyə başlamaqla Rusiyaya əlavə milyardlarla dollar qazandırır və artıq Rusiyaya tətbiq olunan sanksiyaları da yumşaldıb. Rusiya hazırda neftin bir barrelini 87 dollara satır. İran da maliyyə baxımdan Hörmüzdə yaranmış vəziyyətlə əlaqədar müharibədən əvvəllə müqayisədə daha çox dollar qazanır, hətta Amerika bazarda neftin qiymətinin qalxmaması üçün İrana neft satmağı xahiş edir. 

Bu müharibədə yalnız Tramp yanlış siyasət aparmır. Qardaş Türkiyə mediasının birmənalı olaraq İran molla rejimini dəstəkləməsini izləmək heç də xoş deyil. Qəzza müharibəsi ilə əlaqədar Türkiyənin İsrailə münasibəti məlumdur, amma, İranın Türkiyəyə və türkə olan çoxəsirlik nifrətinin dəyişmədiyini, fars- molla şovinist rejiminin siyasətində antitürk siyasətinin aparıcı xətt olduğu da gizli deyil. Bu mənada Azərbaycan Respublikasına və Güney Azərbaycan türklərinə dost olmayan gözlə baxan İranı Türkiyənin müdafiə etməsi təəccüb yaradır. Adını islam ölkəsi qoyan İranın müxtəlif şəhərlərində qondarma erməni soyqırımına xatirə kompleksləri var. Türkiyəyə düşmənçilik necə olur? Düşmənçiliyin tarixinə deyil, son zamanlarda baş verənlərə diqqət edək. Türkiyəyə üç raket, Azərbaycana dron atan İrandı, ABŞ və ya İsrail deyil. Hələ də bu barədə İranın rəsmi araşdırması yoxdu. Türkiyədə danışıqlar aparılmasına etiraz edib Omanı seçən də İrandır. Bu nifrət deyil də, bəs nədir? Yanvar ayında rejimə etiraz edən minlərlə vətəndaşını öldürən, 12 edam hökmü çıxaran, 53 min insanı həbs edən fars molla rejimini qınamaq əvəzinə İranın İsrailə, körfəz ölkələrinə zərbələrini təqdir etmək hansı məntiqə əsaslanır? İslam təəssübkeşliyinəmi? Dövlətin və millətin mənafeyini, maraqlarını zərərli islam təəssübkeşliyinə qurban vermək olmaz. Qarabağ işğal altında olanda, 44 günlük müharibədə və müharibədən sonra da erməniyə hərtərəfli dəstək verəndə, separatçı rejimə yanacaq daşıyanda, hərbi mütxəssisləri köməyə göndərəndə İran İslam Respublikası Azərbaycanın müsəlman ölkəsi olduğunu bilmirdimi? Bilirdi, amma tarixi düşmənçiliyini heç vaxt gizlətmədi.

Trampın yanlış siyasəti nəticəsində Rusiyanın və İranın müharibələrdən qalib və ya üstün çıxması, hər iki dövlətin güclənməsi bölgə üçün, ilk növbədə Azərbaycan üçün təhlükə mənbəyinə çevrilməsinə səbəb olacaq. Müharibələrin əleyhinəyik, amma maraqlarımızı əsas götürərək Rusiya və İran rejimlərinin müharibədən qalib çıxması ilə yaranacaq təhlükələri də görməzdən gəlmək olmaz.

İlham İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Mart 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri